Gündəm

Rafael Abasovun 75 illik yubiley sərgisi

27 Fevral 2019 13:23

Fevralın 27-dən mart ayının 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Rafael Abasovun 75 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 27 fevral saat 18:30-da baş tutacaqdır.  Rafael Abasov 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır.

Xocalı soyqırımının 27-ci ildönümü İtaliya Parlamentində 

27 Fevral 2019 13:17

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İtaliya Parlamentinin Deputatlar Palatasının “Lupa” zalında italyan jurnalist Barbara Kassaninin müəllifi olduğu və “Aracne” nəşriyyat evi tərəfindən nəşr olunmuş “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanının təqdimatı keçirilib.

İndoneziyada torpaq sürüşdü - Ölən və dağıntılar altında qalanlar var

27 Fevral 2019 10:50

İndoneziyanın Sulavesi adasında qanunsuz qızıl mədənində torpaq sürüşməsi baş verib. Bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.

Bakı Uşaq Teatrında festival -  “Nəsimi ili – Nəsimi dili” 

27 Fevral 2019 10:48

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək. Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Putin və Netanyahudan İrana qarşı ORTAQ ADDIM: Bu gün gecə saatlarında...

27 Fevral 2019 10:37

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər bu gün Moskvada bir araya gələcək. Netanyahu görüş üçün gecə saatlarında yola düşüb. Görüşdə İranın Suriyadakı mövcud mövqeyi müzakirə olunacaq. Bu barədə baş nazirin ofisindən məlumat verilib. İranın İsraili yox etməklə təhdid etdiyini bildirən Netanyahu bunları deyib:

Aygünü qısa saçda daha çox bəyəndilər -  Fotolar

27 Fevral 2019 10:34

Saçlarını gah uzadıb, gah da qısaldan xalq artisti Aygün Kazımova yenə görünüşündə dəyişiklik edib.   Müğənni hər zaman saçlarını uzatmaq üçün taxdığı qaynaqlarını çıxardıb. 

Evlənməyə hazırlaşan məşhur cütlükdən daha bir ŞAD XƏBƏR

27 Fevral 2019 10:30

İddialara görə, aktrisa Aslı Enver ilə müğənni Murad Boz evlənməyə hazırlaşır. Ulduz cütlük eyni zamanda duet oxumağa qərar verib. Murad Boz ötən illərdə verdiyi açıqlamada Aslının səsinə heyranlığını gizlətməmişdi. Aslı sevgilisinin yeni albomundakı sevgi mahnısını birlikdə səsləndirmək üçün artıq studiyada hazırlıqlara başlayıb.

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

27 Fevral 2019 10:29

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Qətər, Gürcüstan, Qazaxıstan, Pakistan, Malayziya, Ukrayna, Kot-Divuar, Əlcəzair, Nigeriya,Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Qvatemala səfirləri, bir sıra ölkənin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.

"Aprel yüksəkliyi" sənədli filmi təqdim edildi -  Nizami Kino Mərkəzində

27 Fevral 2019 10:26

Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuş "Aprel yüksəkliyi" sənədli filminin təqdimatı keçirildi. Olaylar.az bildirir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb. Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov və Sevda Məmmədəliyeva, nazirliyin kollektivi, hərbçilər iştirak edirdi.

Lukaşenko oğlu ilə meydandakı davanı izlədi - Şok video

27 Fevral 2019 10:24

 Minskin "Dinamo" xokkey komandası ilə Ali liqa yığması arasında oyundan sonrakı davanı prezident Aleksandr Lukaşenko oğlu Nikolayla izləyib.  "Minsk-Arena"da keçirilən gərgin yarışda paytaxt xokkeyçiləri 2:4 hesabı ilə məğlub olublar.

Muğam Mərkəzində Xocalı soyqırımından bəhs edən tamaşa nümayiş olundu

27 Fevral 2019 10:19

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunmuşdur. Olaylar.az bildirir ki, Mərkəzin səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub. Əsərin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.

Xocalı soyqırımı Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında

27 Fevral 2019 10:15

Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı, Braziliyada ilk Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis olan, João Ricardo Guilherme Zimmer Xavier-in “Khojaly: 27 anos de uma carnificina” (Xocalı: bir qətliamın 27-ci ili) adlı məqaləsi dərc etmişdir.

Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI: "2000 nəfərlik erməni..." - MÜSAHİBƏ

27 Fevral 2019 10:08

Maraqlı dünyada yaşayırıq deyilmi? Bəzən bir insanı minlərin sevgisindən, milyonların təhlükəsindən qorumaq lazım gəlir. Amma bu işi talismanlara, dualara, yaxud da böyük sevgiyə həvalə etmək olmur. Şöhrətin, şanın artdıqca, səni insandan elə insanın özü qoruyur. Yeri gələrsə, özünü, həyatını riskə atır. Çox sevdiyi üçün deyil, işi bunu tələb etdiyi üçün... Amma həyat çox şirindir axı.. İnsan bir məşhuru qorumaq üçün ölümlə burun-buruna gəlməyi gözə ala bilərmi?