Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Qətər, Gürcüstan, Qazaxıstan, Pakistan, Malayziya, Ukrayna, Kot-Divuar, Əlcəzair, Nigeriya,Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Qvatemala səfirləri, bir sıra ölkənin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
27 Fevral 2019 10:29 SiyasətAzərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Qətər, Gürcüstan, Qazaxıstan, Pakistan, Malayziya, Ukrayna, Kot-Divuar, Əlcəzair, Nigeriya,Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Qvatemala səfirləri, bir sıra ölkənin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
Xocalı Soyqırımı və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı soyqırımından 27 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların xatirələrində ən ağrılı tarixlərdən biri olduğunu dedi. Müstəqilliyinin ilk günlərindən Azərbaycan xalqının təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının Ermənistan təcavüzünün ən qanlı və amansız səhifəsi olduğunu dedi. Sadəcə Azərbaycanlı olduqlarına görə onlarla uşağın həyat və gələcəyinin vaxtsız qırıldığı, yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görülməmiş əzab və işgəncə verildiyi bildirildi.
Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı qeyd edildi. O, Xocalı hadisələrinin erməni təcavüzkarları tərəfindən dinc Azərbaycan əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini bildirdi.
Bu gün Bakıda Azərbaycan Respublikasının rəhbərliyi başda olmaqla ümumxalq yürüşün keçdiyini, onun məqsədinin Xocalı Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, xalqımıza qarşı törədilən bu vəhşi cinayətə dünya ictimaiyyətinin diqqətini cəlb etmək olduğu bildirildi. Meksikada yaşayan Azərbaycanlıların bu gün hər il olduğu kimi həmvətənləri ilə həmrəy olaraq bu məqsədlə Mexiko şəhərinin Tlakskoake meydanında yerləşən "Xocalı Soyqırımı" abidəsi qarşısında yığışdıqları vurğulandı.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu dəstəyi ilə hazırlanmış Xocalı faciəsindən bəhs edən sənədli filmi nümayiş etdirildi. Xocalı Soyqırımı ilə bağlı çap və video materiallar paylanıldı.
Sonda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verildi.
Qeyd edək ki, həmin gün Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən "Xocalı Soyqırımı" monumenti qarşısına Səfirlik tərəfindən əklil qoyuldu, bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalındı.