Xocalı soyqırımı Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında
Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı, Braziliyada ilk Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis olan, João Ricardo Guilherme Zimmer Xavier-in “Khojaly: 27 anos de uma carnificina” (Xocalı: bir qətliamın 27-ci ili) adlı məqaləsi dərc etmişdir.
27 Fevral 2019 10:15 SiyasətBraziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı, Braziliyada ilk Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis olan, João Ricardo Guilherme Zimmer Xavier-in "Khojaly: 27 anos de uma carnificina" (Xocalı: bir qətliamın 27-ci ili) adlı məqaləsi dərc etmişdir.
Olaylar.az bildirir ki, məqalədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusi ilə Xocalı Soyqırımına dair ətraflı məlumat verilərərk vurğulanmışdır ki, münaqişə ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələri qəbul edilərkən, Braziliya Federativ Respublikası BMT TŞ-nin qeyri daimi üzvü idi.
Müəllif, xüsusi ilə qeyd etmişdir ki, Xocalı şəhərində, fevral ayının 25-dən 26-na keçən gecə, 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinç sakin qətlə yetirilmiş və 1000 nəfərə yaxın dinç sakin isə itkin düşmüş və ya əsir götürülmüşdür.
Bundan başqa, məqalədə, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın, Xocalı Soyqırımı ilə bağlı sözləri sitat gətirilərək, müəllif tərəfindən, soyqırımın nifrət və qisasçılıq motivi ilə törədildiyi qiyməti verilmişdir.
Məqalə ilə ətraflı tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək olar:
http://embassybrasilia.com.br/site/khojaly-27-anos-de-uma-carnificina/