Gündəm

Barışıq, yoxsa Elnar və Ayselin yalançı "ayrılıq" şousu? - Foto

27 Fevral 2019 10:05

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılmışdı. Onlar bu haqda sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid etmişdilər. 

“Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa

26 Fevral 2019 17:21

Fevralın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura və Doktorantura şöbələrinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Tarix heç nəyi unutmur!” adlı dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olduğunu deyərək soyqırımından ətraflı bəhs edib.

"XX əsrin faciəsi - Xocalı soyqırımı"

26 Fevral 2019 15:33

Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edirdi.

Bəhruz Quliyev: “Dövlət başçısı hər zaman bildirir ki, əsas məqsəd güclü iqtisadiyyatı insan kapitalına çevirməkdir"

26 Fevral 2019 14:55

"Artıq 16 ildir ki, uğurla davam etdirilən bu mərhələ ölkənin sosial siyasətində inqilabi dəyişikliklərə səbəb olub. Ölkəmizdə sosial sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əməkhaqlarının artırılması istiqamətində atılan addımlar Azərbaycanın şaxələndirilmiş iqtisadiyyatının nəticələridir”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Xocalı soyqırımı Çin vətəndaşlarının gözü ilə

26 Fevral 2019 13:13

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Misir ilk dəfə Ərəb-Avropa Sammitinə ev sahibliyi edib

26 Fevral 2019 13:05

Misir ilk dəfə olaraq Misir Ərəb Respublikası Prezidenti Əbdul Fəttah Sisinin və Avropa Şurasının sədri Donald Tuskun birgə başçılılq etdiyi Ərəb-Avropa Sammitinə ev sahibliyi edib. Bu haqda Olaylar.az-a Misir Ərəb Respublikasının Azərbaycandaki səfiri cənab Adil İbrahim bildirib. Sammit hər iki tərəfdən 50 dövlətin dövlət və hökumət başçılarının iştirakı ilə “Sabitliyə investisiya” adı altında 24-25 fevral 2019 il tarixlərində Şarm əl-Şeyx şəhərində keçirilib.

“Art Tover” rəsm qalereyasında Xocalı soyqırımı

26 Fevral 2019 12:28

Fevralın 26-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi açılıb.

Universitetdə ilk dərslər Xocalı soyqırımına həsr olunub

26 Fevral 2019 11:10

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Olaylar.az bildirir ki, Ali təhsil müəssisəsində birinci və ikinci növbənin ilk dərslərində müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

“Mənim bir obam vardı” adlı kompozisiya

26 Fevral 2019 11:04

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət evində 26 fevral – Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir baş tutub. Olaylar.az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynov, Qızıldaş qəsəbəsi Bələdiyyə sədri İdris Alışanov, məktəb şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Türkiyə Böyük  Millət  Məclisi Xocalı qətliamı ilə bağlı BƏYANAT YAYDI

26 Fevral 2019 10:57

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərinə təşkil olunan hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşən 150 nəfərin taleyi bu günədək məlum deyil.

İlk dəfə Nyu Yorkda Xocalı qətliamı anıldı

26 Fevral 2019 10:53

İlk dəfə Nyu York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir. Tədbir ölkəmizin ABŞ-dakı Səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir.