Gündəm

Leyla Əliyeva “Ağrı” romanının təqdimatında

26 Fevral 2019 10:50

Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.

Məşhur rus politoloq intihar etdi

26 Fevral 2019 10:42

İspaniyada məşhur rusiyalı politoloq İqor Malaşenko ölüb. Bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, Malaşenko intihar edib.

Ermənilərin Qarabağda girov götürdüyü ruslar yaşadıqları DƏHŞƏTLƏRİ DANIŞDI

26 Fevral 2019 10:41

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3888 nəfər itkin düşmüş şəxs qismində qeydiyyatdan keçib, 1477 nəfər isə əsir və girovluqdan azad edilib. Erməni quldurlarının əsir-girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.

Fuad Poladova həsr olunmuş tamaşa hazırlanıb

25 Fevral 2019 17:33

Mərhum sənətkar, Xalq artisti Fuad Poladovun xatirəsinə yeni tamaşa hazırlanıb. Tamaşanın yaradıcı heyətinin verdiyi məlumata görə, martın 18-də Estoniya Dövlət Dram Teatrında oynanılacaq tamaşanin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

BDU-da Xocalı soyqırımı qurbanları anıldı

25 Fevral 2019 17:30

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb.

Sarayda Xocalı faciəsi

25 Fevral 2019 16:52

Fevralın 25-də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında anım mərasimi keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə tədbir iştirakçıları XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş kitab stendinə baxış keçiriblər.

Nəsiminin anadilli “Divan”ının yeni əlyazma nüsxəsinin surəti əldə edildi

25 Fevral 2019 16:16

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli “Divan”ının yeni əlyazma nüsxəsinin surətini əldə edib.

Nəsimi yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi

25 Fevral 2019 15:08

Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsini elan edib. Olaylar.az bildirir ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər.

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt AÇIQLANDI

25 Fevral 2019 14:39

Olaylar.az bildirir ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

İqor Ponomarenko “Cinema Hits Show” adlı konsert proqramı ilə Sarayda çıxış edəcək

25 Fevral 2019 14:35

Heydər Əliyev Sarayında rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” adlı konsert proqramı təqdim olunub. Olaylar.az bildirir ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri səsləndirilib.

Beynəlxalq Qadınlar günündə “Qu gölü” baleti nümayiş olunacaq

25 Fevral 2019 13:30

Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Olaylar.az bildirir ki,  tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq. Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (Şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova və Kamran Qurbanov da iştirak edəcəklər.

Los Anceles kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

25 Fevral 2019 13:26

Müxtəlif dini icma liderləri Xocalı şəhidlərinin ruhuna dualar oxuyublar  Xocalı soyqırımının 27-ci ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini icmaların rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən fevralın 21-də keçirilən tədbirə Los Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi evsahibliyi edib. 200-dən çox qonağın qatıldığı tədbirdə Los Ancelesdəki xristiyan, yəhudi, müsəlman, buddist, bəhai, zərdüşt və digər dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, bir sıra ölkələrin Los Ancelesdəki baş və fəxri konsulları, eləcə də jurnalistlər iştirak ediblər.

Çin universitetləri ilə əməkdaşlıq

25 Fevral 2019 13:19

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar.az bildirir ki, qonaqları salamlayan və universitetdə görməkdən məmnunluğunu bildirən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. 

Tofiq Tağızadənin 100 illiyi qeyd olunacaq

25 Fevral 2019 11:14

Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Olaylar.az bildirir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.