Gündəm
Türkiyə parlamentinin yeni sədri - Mustafa Şentop
Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçkilər keçirilib. Parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd göstərilib və bununla əlaqədar postundan istefa verib.
AMEA-da Xocalı soyqırımının 27-ci ildönümü
AMEA-nın Arxeologiya və Etnoqrafiya, Fizika və Qafqazşünaslıq institutlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbirləri, konfranslar və dəyirmi masalar keçirilib. Olaylar.az bildirir ki, tədbirlər Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ata olan Müşviq hələ də oğlunu görməyib
Ötən həftə aktyor Müşviq Şahverdiyev ata olmuşdu. Sənətçi “X maqazin” verilişində oğlunu hələ də görmədiyini deyib.
Putinin ABŞ-a təhdidləri boş sözlərdir - Pompeo
Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir.
Paşinyanın ofisi yanır
Ermənistan hökumətinin binasında yanğın baş verib. Bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Yanğınla bağlı məlumatın FHN-ə 09:03-də daxil olduğu qeyd edilib.
4 minə yaxın insan öldürüldü
Ötən il ərzində Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb. BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.
91-ci “Oskar” mükafatlarının sahibləri məlum oldu - FOTOLAR
91-ci “Oskar” mükafatları sahiblərinə verilib. İlk dəfə aparıcısız baş tutan tədbirdə “İlin ən yaxşı filmi” ünvanını “Yaşıl kitab” qazanıb. “Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.
Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər
Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı soyqırımının əbədi olaraq yaddaşımızda qalacağını deyib: “Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Əslind, Xocalı böyük “SOS” işarəsidir. “Faşizm bu gün nədir?”, “Qaniçənlik bu gün nədir?”, “Vəhşilik bu gün nədir?” sualına cavab axtarmaq istəyən dünya bu gün Xocalı hadisəsi ilə buna qiymət verə bilər. Artıq qiymət verir.
Koreyalı alimlər Tarix Muzeyində
Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) beynəlxalq innovasiya əməkdaşlıq mərkəzinin nümayəndələri Eun Yo Kim, So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Azərbaycan opera sənətçiləri Belqradda çıxış edəcəklər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasında beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqrad şəhərində fevralın 23-də “Bogema”, 27-də isə “Trubadur” operası nümayiş olunacaq.
Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında
ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Nura Suri oğlu ilə danışmır
“Hazırda oğlumla danışmıram”. Bu etirafı “Atv maqazin onlarla” proqramında “33 sual” rubrikasının qonağı olan müğənni Nura Suri edib. O bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır.
Raquf Orucov haqqında ronam yazılıb - "Komandir"
Yazıçı Şərif Ağayar əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində qəhrəmanca şəhid olmuş polkovnik-leytenant Raquf Orucov haqqında roman yazıb. Olaylar.az bildirir ki, bu barədə yazıçı öz "Facebook" səhifəsində yazıb:
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağı salamlayaraq, bu ali təhsil ocağı barədə məlumat verib. Olaylar.az bildirir ki, Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən F.Qurbanov, onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb. F.Qurbanov universitetin 100 illik yubiley tədbirlərinin YUNESKO, İSESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini də diqqətə çatdırıb.














