Gündəm

Qəzəl müsabiqəsinin qalibləri müəyyənləşdi

22 Fevral 2019 12:05

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və Kürdəmir rayon Təhsil şöbəsi ilə birgə şagirdlər arasında qəzəl müsabiqəsi elan edib.

Qadın fotoqraflar üçün qrant müsabiqə

22 Fevral 2019 11:28

Tbilisi Fotoqrafiya və Multimedia Muzeyi İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə agentliyi (SDC) tərəfindən maliyyələşən “Təhsil və innovasiya naminə Cənubi Qafqaz fotoqrafiya mərkəzi” layihəsi çərçivəsində Cənubi Qafqaz bölgəsini təmsil edən qadın fotoqraflar üçün ikinci açıq konkursunu elan edir. Olaylar.az bildirir ki, Gürcüstan, Ermənistan və ya Azərbaycandan olan və fəaliyyətə yeni başlayan 7 qadın fotoqraf Multimedia Yaradıcılıq Laboratoriyası (Multimedia Production Lab) tərəfindən təqdim olunan qrantdan istifadə etmək imkanına malik olacaq. Qrant Cənubi Qafqazda ictimai problemləri və Cənubi Qafqazda yaşayan icmaları işıqlandıran fotolayihələrə ayrılacaq.

Cəbhədən son xəbər

22 Fevral 2019 11:24

“Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə qeydiyyat başladı

22 Fevral 2019 11:23

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilir. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. İdeyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə  kömək edəcək.

Orxan Camalı öldürən killerləri Ukraynaya nə bağlayır?

22 Fevral 2019 10:59

Orxan Camal və iki rusiyalı jurnalisti Mərkəzi Afrika Respublikasında qətlə yetirən şəxslər bu ölkəyə Donbasdan gəliblər. Bunu RTVİ-ya müsahibəsində rusiyalı jurnalist Pyotr Verzilov deyib. “Rusiyalı jurnalistlərə qarşı əməliyyatı həyata keçirənlər Donbasdan Mərkəzi Afrika Respublikasına gəlib və geri uçublar. Bu qətlin arxasında Priqojinə məxsus strukturlar dayana bilər. Biz bu araşdırmanı dayandırmaq fikrində deyilik”, – deyə o bildirib.

“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb

22 Fevral 2019 10:57

“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR” proqramında sərbəst kodu məsafədən işə salmağa imkan verən boşluq aşkarlanıb. Problem barədə kibertəhlükəsizlik texnologiyaları sahəsində ixtisaslaşan “Check Point Software Technologies” şirkətinin məlumatında deyilir.  

İsrail Rusiyanın Türkiyəyə də satdığı müdafiə sistemlərini məhv etdi - Moskvadan ŞOK CAVAB

22 Fevral 2019 10:55

İsrail istehsalı olan kamikadze tipli "Mini Harpy" pilotsuz uçuş aparatı Rusiya istehsalı olan S-300 və S-400 havadan müdafiə sistemlərinin 96L6E yüksək hündürlüklü radarlarını dəf edib. Bu situasiya Hindistanda təşkil edilən hərbi sərgidəki yayımlanan bir reklamda verilib. Bu reklamdan sonra Rusiyadan dərhal cavab atəşi gəlib. Mərkəzi Moskvada yerləşən Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko məsələ haqqında açıqlama verib.

Vasif üzünə botoks etdirib?

22 Fevral 2019 10:50

Əməkdar artist Vasif Məhərrəmlinin arxiv fotosu müzakirələrə səbəb olub. Müğənninin şəklinə yüzlərlə rəy yazılıb. İzləyicilər Vasifin başına saç əkdirməyi ilə yanaşı üzünə dolğu etdirdiyini də vurğulayıb. Belə ki, arxiv fotolarında üzündə, alnında, gözünün ətrafında qırışlar olan Məhərrəmlinin indi onlara botoks etdirdiyi açıq-aşkar görünüb.

Əməkdar artist Cennifer Lopesin ayaqqabılarından aldı - 3300 MANATA - FOTO

22 Fevral 2019 10:46

Əməkdar artist Röya Ayxan “Versace Resort 2019” kolleksiyasından olan cins çəkmələri ilə diqqət çəkib. Sözügedən çəkmə modelini keçən ilin sonlarından dünya ulduzu Cennifer Lopes geyinmişdi. Onun cins şalvar şəklində, yuxarı hissəsi kəmərli cins ayaqqabıları sosial şəbəkədə müzakirə olunmuşdu.

Pentaqon məxfi plan hazırladı: Rusiya məhv ediləcək

22 Fevral 2019 10:41

ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinə qarşı hərbi fəaliyyətlərin aparılması üçün yeni strategiya hazırlayır. Yeni strategiyanın özəlliyi düşmənin ərazisinə gizli müdaxiləni nəzərdə tutur. Bunu Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib. Onun sözlərinə görə, yeni strategiyanın hazırlanması Rusiya və Çin tərəfindən yaranan təhdidlərə cavab olaraq başladılıb.

Misir fironu Tutanxamonun mumiyası Londonda sərgilənəcək

22 Fevral 2019 10:39

Misir fironu Tutanxamonun mumiyası və 150 eksponat Londonda Saatchi Qalereyasında sərgilənəcək. Sərginin keçirilmə səbəbi fironun məzarının kəşf edilməsinin 100 illiyi ilə əlaqədardır.

Mir Cəlal Paşayevin əsəri əsasında FİLM ÇƏKİLDİ - FOTO

22 Fevral 2019 10:34

Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib.

Məşhur müğənninin eks əri yenidən həbs olundu - FOTO

22 Fevral 2019 10:32

Türkiyəli müğənni Işın Karacanın eks-əri və rejissor Sedat Doğan yenidən həbs olunub. Fırıldaqçılığa görə Türkiyədən qaçan Sedat Braziliya yaşamağa başlayıb.

“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib

22 Fevral 2019 10:29

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən 17-ci yerə düşüb. Reytinq “Fast Company” işgüzar portalı tərəfindən dərc edilib. Çinin “Meituan Dianping” startapı (yemək sifarişi üçün xidmət) reytinqdə birinci yerdə qərarlaşıb.  

Türkiyədə daha bir zəlzələ

22 Fevral 2019 10:24

Türkiyənin Egey bölgəsində zəlzələ olub. Zəlzələnin maqnitudası 3,7 bal gücündə qeydə alınıb. Bu barədə Kandilli Rəsədxanasından məlumat verilib. Xəbərə görə, zəlzələ yerli vaxtla 08:12–də Egey dənizində baş verib.