Orxan Camalı öldürən killerləri Ukraynaya nə bağlayır?
Orxan Camal və iki rusiyalı jurnalisti Mərkəzi Afrika Respublikasında qətlə yetirən şəxslər bu ölkəyə Donbasdan gəliblər. Bunu RTVİ-ya müsahibəsində rusiyalı jurnalist Pyotr Verzilov deyib. “Rusiyalı jurnalistlərə qarşı əməliyyatı həyata keçirənlər Donbasdan Mərkəzi Afrika Respublikasına gəlib və geri uçublar. Bu qətlin arxasında Priqojinə məxsus strukturlar dayana bilər. Biz bu araşdırmanı dayandırmaq fikrində deyilik”, – deyə o bildirib.
22 Fevral 2019 10:59 DünyaOrxan Camal və iki rusiyalı jurnalisti Mərkəzi Afrika Respublikasında qətlə yetirən şəxslər bu ölkəyə Donbasdan gəliblər. Bunu RTVİ-ya müsahibəsində rusiyalı jurnalist Pyotr Verzilov deyib.
"Rusiyalı jurnalistlərə qarşı əməliyyatı həyata keçirənlər Donbasdan Mərkəzi Afrika Respublikasına gəlib və geri uçublar. Bu qətlin arxasında Priqojinə məxsus strukturlar dayana bilər. Biz bu araşdırmanı dayandırmaq fikrində deyilik", - deyə o bildirib.
Verzilov həmçinin iddia edib ki, MAR-da olan "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinin Orxan Camal və iki rusiyalı jurnalistin qətli ilə əlaqəsi yoxdur.
Qeyd edək ki, Verzilov rusiyalı jurnalistlərin MAR-da qətlə yetirilməsi işini araşdırıb. O, 2018-ci ilin sentyabrında qəfildən xəstəxanaya düşüb və nitq, eləcə də görmə qabuliyyətini itirib. Bundan sonra Verzilov Moskvadan Berlinə aparılıb və burada iki həftə müalicə edilib. Alman həkimlər aparılan tədqiqatdan sonra Verzilovun zəhərləndiyini müəyyən ediblər. Axar.az