Mir Cəlal Paşayevin əsəri əsasında FİLM ÇƏKİLDİ - FOTO

Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib.

​​​​​​

Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib.

Bu barədə "Addım" gənclər təşkilatının təsisçisi Hüseyn Cavadzadə məlumat verib. Quruluşçu rejissoru Rüstəmzadə Elvin olan ekran işinin ssenari müəllifi Səbinə Əhmədovadır. Baş rollarda aktrisa Sevinc Əliyeva, Ziya Ağa, Oktay Mehdiyev, Manaf Dadaşov, Rasim Cəfər, Münəvvər Əliyevanın çəkildiyi filmdə Kamil Nazim, Arzu Əbdülova, Türkay Cəfərli, Asiman Ağa Rövşən, Güşvər Şərif, İlahə Həsənova, Arzu Abdul, Şəhla Əliqızı, Etibar İbadullayev və başqaları rol alıb.

Filmin təqdimat mərasimi aprelin 4-də baş tutacaq.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31