Gündəm

Misirdə Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

22 Fevral 2019 10:22

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olublar. Olaylar.az bnildirir ki, səfər zamanı universitetin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlərlə görüşlər keçirilib. Görüşdə Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan Y.Mahmudov hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılmasının vacibliyini vurğulayıb.

Tramp yenə sözündə dura bilmədi: 200 əsgəri Türkiyəyə...

22 Fevral 2019 10:18

ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək. Pentaqon 200 əsgəri bölgədə sülhü qorumaq məqsədilə saxlayacaq. Bu barədə Ağ Ev informasiya yayıb. Ağ Evin mətbuat katibi Sarah Sanders ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı açıqlama verib.Məsələ ilə bağlı başqa detalı açıqlamayan Sandersin bu açıqlamanı Ərdoğan-Tramp görüşündən dərhal sonra etməsi diqqət çəkib.

Baronessa Emma Nikolson və Əbülfəz Qarayevin iştirakı ilə dəyirmi masa

21 Fevral 2019 17:26

Beynəlxalq Muğam Mərkəzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Olaylar.az bildirir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson  və Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayevin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində "Dəyirmi masa" keçirilmişdir.

Vüqar Rəhimzadə: "Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq"

21 Fevral 2019 16:20

“Bu gün Azərbaycan əbəs yerə beynəlxalq aləmdə “sabitlik adası” adlandırılmır. Son illərdə dünyanın siyasi mənzərəsinə nəzər yetirsək, kifayət qədər mürəkkəb proseslərin getdiyinin şahidi olarıq. Bütün bunlara baxmayaraq ölkəmiz uzun illərdir ki, öz inkişaf dinamikasını qoruyub saxlayır, xarici sərmayədarlar üçün etibarlı tərəfdaş rolunda çıxış edir. Təbii ki, bu uğurların kökündə Heydər Əliyev ideyaları dayanır. Məhz 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” dünyanın nüfuzlu xarici şirkətlərini Azərbaycana topladı və uğurlu işbirliyinin əsasını qoydu.

Rektor Venesuelanın Xarici İşlər nazirinin müavini ilə görüşdü

21 Fevral 2019 16:11

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Venesuelanın Xarici İşlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya üzrə müavini Ruben Dario Molina ilə görüşüb. Görüşdə Venesuelanın ölkəmizdəki ilk fövqəladə və səlahiyyətli səfiri Kristofer Berroteran da iştirak edib.

Bəhruz Quliyev: “Mitinqlərinin baş tutmaması səbəbini və günahını özlərində axtarmalıdırlar”

21 Fevral 2019 15:03

“Milli Şura”nın mitinqinə icazənin verilməməsi və onun səbəbləri ətrafında süni səs-küy yaratmağa çalışanlar günahı hakimiyyətdə deyil, özlərində axtarmalıdırlar”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib. 

Bəhruz Quliyev: “Cənub Qaz Dəhlizinin reallaşdırılması iqtisadi uğurların sosial uğurlara keçid etməsinə münbit şərait

21 Fevral 2019 15:01

“Paytaxtımızda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında irəli sürülən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan hazırda dünyanın ən aparıcı enerji təchizatçılarından biridir və bütün bu uğurlar ilk növbədə, yürüdülən uğurlu iqtisadi siyasətin nəticəsidir”.  Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Vüqar Rəhimzadə: "Əlinizdə imkan olanda nə etdiniz?"

21 Fevral 2019 14:02

“Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımlarla bağlı kampaniya təşkil edib bunları “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışması çox komikdir. Onlar bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqının, bu torpağın, dövlətin, millətin başına gətirdikləri oyunları yadlarına salsınlar. Yəqin bu, özlərinin də yaddaşlarından heç vaxt silinməyəcək. Çox güman ki, onlar manipulyasiya etməklə özlərini təmizə çıxarmağa çalışır, şou düzəltməklə gündəmdə qalmaq istəyirlər”.

Rektor Tvinninq layihəsinin rəhbərləri ilə görüşdü

21 Fevral 2019 12:13

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan olan ekspertlərlə görüşüb.

Azərbaycan 4-cü nəsil qırıcılar alır: Ermənistanı yox edəcək gediş və 4 ölkə ilə...

21 Fevral 2019 10:57

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Rusiya mühasibətlərdə ciddi böhran müşahidə olunurdu. Lakin ötən gün Ermənistanın müdafiə naziri David Tonoyanın “IDEX-2019” müdafiə sərgisinin gedişatında verdiyi açıqlamalar Qərbin adamı sayılan Paşinyanla Moskvanın münasibətlərinin qaydaya düşdüyü qənaəti yaradır. Müsahibəsində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Moskva-İrəvan münasibətlərində dəyişiklikləri və Rusiyanın Ermənistana silah satışını şərh edib.