Erməni hərbçiləri NATO təlimlərinə qatılır
21 Fevral 2019 14:03 DünyaErmənistan Silahlı Qüvvələrinin hərbçiləri bu il Gürcüstanda keçiriləcək "Noble Partner" və "Agile Spirit" adlı çoxmillətli NATO təlimlərində iştirak edəcəklər.
Bu sözləri Gürcüstanın Müdafiə naziri Levan İzoriya İrəvanda erməni həmkarı ilə birgə brifinq zamanı deyib.
Xatırladaq ki, erməni hərbçiləri Gürcüstanda keçirilən "Agile Spirit"( Çevik ruh) təlimlərində 2017-ci ildən bu yana iştirak etməyiblər. 2015-ci ildə Ermənistan bu təlimlərdə müşahidəçi kimi çıxış edib. Sonuncu dəfə isə İrəvan 2018-ci ildə "Noble Partner" təlimlərində təmsil olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31