Gündəm

Müğənnilikdən getməyə qərar verən ulduz xanımı ilə METRODA - FOTO

21 Fevral 2019 10:50

Müğənnilik fəaliyyətinə son qoyan Emrah metroda görüntülənib. Sənətdən uzaqlaşıb ailəsi ilə vaxt keçirməyə üstünlük verən ulduz yeni həyata başlayıb. Həyatı ilə bağlı ciddi qərarlar verən ulduz bu yaxınlarda verdiyi açıqlama bildirmişdi ki, vida turnesinə çıxdıqdan sonra müğənnilik fəaliyyətinə birdəfəlik son verəcək. O, “Artıq 50 yaşım var, səhnəni tərk edəcəyəm” deyə bildirib.

Cinayətkarların arasından şöhrətin zirvəsinə - FOTO

21 Fevral 2019 10:44

Cinayətkar qruplaşmaların içindən çıxıb, dünya çempionluğu qazanan bir adamın hekayəsidir bu. Adı dəfələrlə qalmaqala qarışan, buna baxmayaraq, böyük uğurlar qazanan boksçunun hekayəsi. Bir qorillanın digərlərinə xəsarət yetirdiyini görən, intiqam almaq üçün həmin qorilla ilə döyüşmək istəyən qeyri-adi xarakterli idmançının hekayəsi…

İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb

21 Fevral 2019 10:43

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.

Kamil Zeynallı: “Beş il eyni sinifdə qalmışam”

21 Fevral 2019 10:41

“Məktəbimi o qədər sevirdim ki, sinifdə qalmışam”. Bu sözləri “Ulduzlu yayım” verilişində idmançı Kamil Zeynallı deyib.

III Dünya Müharibəsi bu bölgədən başlaya bilər - Çin ABŞ-a meydan oxudu - FOTO

21 Fevral 2019 10:32

Çinin Tacikistanın Bədəxşan bölgəsində gizli hərbi baza qurması Tacikistan, Əfqanıstan və Çin üçbucağında yerləşən strateji Vəkxan korridoruna nəzarəti ələ keçirməsi zərurətindən irəli gəlir. Dünyanın ən ucqar məkanlarından Cənub-şərqi Asiyanın “tavanı” olan Vəkxan korridorunda iki supergüc – Çin və ABŞ qarşı-qarşıya gəlib. Vaşinqtonun Pekin hökumətinin bütün Avrasiyanı ehtiva edən “Tək qurşaq, tək yol” layihəsinin qarşısını almaq üçün ortaya qoyduğu strategiya çərçivəsində İraq və Suriyadakı İŞİD terror təşkilatını Əfqanıstanın içərisinə və Fərqanə vadisinə doğru çəkməyə başlayıb. Pekin də bu addıma cavab olaraq Əfqanıstanda gizli hərbi baza qurub. Amerika mətbuatı bu bazanın ən 3 ildir ki, fəaliyyət göstərdiyini iddia edir.

“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy” modellərini təqdim edib

21 Fevral 2019 10:24

Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Galaxy S10+” brendli yeni qabaqcıl model təqdim edib. Ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran “Dynamic Amoled” texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.

Siqaret və isti çay içənlər üçün ÖLÜMCÜL TƏHLÜKƏ: xərçəng...

21 Fevral 2019 10:22

Siqaret kimi yüksək nikotin tərkibli maddə ilə birlikdə isti çay içmək insan sağlamlığı üçün olduqca təhlükəlidir. Siqaret və isti çay xərçəngin yaranma riskini dəfələrlə artırır. Çində 450 nəfərin qatıldığı bir sınaqda isti çayın insan sağlamlığına təsiri araşdırılıb. Xüsusilə, siqaret və spirtli içki qəbul edənlərlə aparılan sınaq nəticəsində məlum olub ki, bunları birlikdə edənlərdə xərçəng riski 5 dəfəyə qədər artır.

“Şekspir xalçalarda” müsabiqəsinə yekun vuruldu

21 Fevral 2019 10:20

Azərbaycan Xalça Muzeyində böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açıb. O bildirib ki, “Şekspir xalçalarda” müsabiqəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib. Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib.

"Bakının bütün kəndləri mənlikdir" - İzzət

21 Fevral 2019 10:17

Müğənni İzzət Bağırov heç bir musiqiçinin onun qədər sənətdə iş görmədiyini bildirib. Sənətçi "Faydalı saat" verilişində deyib ki, heç kim onun qədər klip çəkdirməyib:

“Solğun çiçəklər” ekranlaşdırılır

21 Fevral 2019 10:15

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun Çiçəklər” pyesini ekranlaşdırır. Peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunacaq.

Azərbaycanda yeni heyvan növləri aşkar edildi

21 Fevral 2019 10:06

Azərbaycanda su hövzələrində ilk dəfə olaraq, 3 yeni zəli növü aşkar edilib. Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov bildirib ki, ölkəmizin su hövzələrində "Erpobdellidae" fəsiləsinə aid olan zəli növlərinin - "Dina stschegolewi", "Dina lineata" və "Dina cf. Farsa"nın olduğu müəyyən edilib.

Muğam Mərkəzində fortepiano musiqisi gecəsi

20 Fevral 2019 16:13

Beynəlxalq Muğam Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında  R. Şumanın, F. Listin,A. Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P. Çaykovskinin əsərləri səslənib.

Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər

20 Fevral 2019 15:16

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımıza qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırımı aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında institutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var.

Cocuq Mərcanlıda pedaqoji təcrübə

20 Fevral 2019 15:04

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər. Olaylar.az bildirir ki, pedaqoji təcrübə rəhbəri və təcrübəçi müəllimlər məktəb kollektivinə və şagirdlərə təqdim edilib. Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb. Buna görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkür edən direktor ümidvar olduğunu bildirib ki, xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq.