Gündəm

Tarix Muzeyində "Xocalısız... 27 il"

20 Fevral 2019 15:04

Fevralın 22-də  AMEA Milli Azərbaycan  Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırım Günü”nə həsr olunmuş "Xocalısız... 27 il" adlı tədbir keçiriləcək.

Vüqar Rəhimzadə: İmzalanmış yeni Fərman insan, vətəndaş amilini verilən böyük dəyərdir

20 Fevral 2019 15:02

“Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir. Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan Prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı Fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu inqlabi Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub.

Uşaqlar üçün “nağıl saatı” 

20 Fevral 2019 12:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında kiçik yaşlı oxucular üçün “Nağıllar dünyası” adlı “nağıl saatı” təşkil edilib. Olaylar.az bildirir ki, “nağıl saatı”nda kitabxananın fəal oxucuları yazıçı Mirmehdi Seyidzadənin “Əqrəb və çanaqlı bağa” təmsilini səhnələşdirilmiş formada təqdim ediblər.

Horadizdə - “Ana Vətən” 

20 Fevral 2019 12:54

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

180 il əvvəl qeyd olunan bayram - Çin fənərlər bayramı

20 Fevral 2019 11:24

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub. Olaylar.az bildirir ki, Konfutsi İnstitutunun müəllimləri qonaqlara 180 il əvvəl qeyd olunmağa başlanan və əsas rəmzi pələng olan bayramın yaranması ilə bağlı əfsanələr barədə məlumat veriblər. İştirakçılar, həmçinin folklor nümayişləri təşkil edilən fənər festivalı ənənələri - Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, şirlərin rəqsi ilə tanış olublar.

Fatimə həyat yoldaşı və övladları ilə tətildə - Fotolar

20 Fevral 2019 11:19

Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyal və övladları ilə tətilə yollanıb. O, tətildən fotoları sosial media hesabında paylaşıb.

Körpələrə bu dərmanları ÖZBAŞINA VERMƏYİN!

20 Fevral 2019 11:18

“Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil”. Bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloquğ Elşən Rzayev deyir. Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

Bu gün Dünya Sosial Ədalət Günü qeyd olunur

20 Fevral 2019 10:42

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il fevralın 20-sinin Dünya Sosial Ədalət Günü kimi qeyd edilməsinə qərar verib. BMT-nin bəyanatında sosial ədalətin həm ölkələrin daxilində, həm də dövlətlərarası münasibətlərdə dinc şəraitin və rifahın təmin olunmasının əsas prinsiplərindən biri olduğu vurğulanır. “Biz sosial ədalət prinsiplərini dəstəkləyirik, qadınlarla kişilərin bərabərliyini, yerli xalqların və miqrantların hüquqlarını müdafiə edirik. Həmçinin sosial ədalətin bərqərar olmasına köməyimizi əsirgəmirik, bu yolda cinsiyyət, yaş həddi, irqi, etnik və dini mənsubiyyət, mədəniyyət və ya əlillik zəminində bütün maneələr aradan qaldırılmalıdır”, -deyə BMT-nin bəyanatında qeyd olunur.

'PKK, terörist başı Öcalan'ı dışlıyor'

20 Fevral 2019 10:37

Edinilen bilgilere göre, PKK/PYD/YPG terör örgütünün sözde lider kadrosunun Münbiç'te yaptığı toplantıda, terörist başına ait fotoğrafların bundan böyle kullanılmaması kararı aldı. PKK/PYD/YPG terör örgütünün sözde lider kadrosunun Münbiç'te yaptığı toplantıda, terörist başına ait fotoğrafların bundan böyle kullanılmaması, örgüt tarafından verilen sözde eğitimlerde terörist başının adına daha az yer verilmesi gibi konularda kararların alındığı bilgisine ulaşıldı.

Azərbaycanda münaqişəli ailələrin sayı artır

20 Fevral 2019 10:35

Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sivkov

20 Fevral 2019 10:31

Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikası təchizatı və sayına görə NATO qüvvələrinə yalnız üçüncü ölkə ərazisindəki lokal konflikt şəraitində uğurlu müqavimət göstərmək iqtidarındadır. Bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun “Hərbi Sənaye Kuryeri” jurnalında dərc olan məqaləsində yer alıb.

ABŞ homoseksuallığa dəstək üçün kampaniya başladır

20 Fevral 2019 10:30

ABŞ Prezident Administrasiyası homoseksualizmin kriminallaşdırılmasına son qoymaq üçün onlarla ölkədə qlobal kampaniya başalatmaq niyyətindədir. Bu məlumatı NBC televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, kampaniyanın başında ABŞ-ın Almaniyadakı səfiri və gey olan Riçard Qrenel dayanacaq. Televiziya hazırda dünyanın 70 ölkəsində hələ də LGBT nümayəndələrinin davranışı və statusunun krimanallaşdırıldığını bildirib:

Nüşabədən Afətə: “O səviyyənin adamı deyiləm”

20 Fevral 2019 10:19

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət öncə müğənni Afət Fərmanqızı ilə yaşadığı qalmaqalla bağlı açıqlama verib. O, ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qalmaqal yaşadığına görə qınanıldığını söyləyib.