FSB: "Beş Göz" alyansı proaktiv casusluq fəaliyyəti aparır ÖZƏL

ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu "Beş Göz" kəşfiyyat alyansı dünya üzrə proaktiv casusluq üçün şərait yaradır. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı bildirib.
Onun sözlərinə görə, alyans təxminən 20 kəşfiyyat qurumunu birləşdirir və qlobal miqyasda kəşfiyyat məlumatlarının toplanmasına xidmət edir. FSB rəsmisi iddia edib ki, alyansın fəaliyyət üsullarından biri internetdə reklam materialları yerləşdirməklə proaktiv casusluq üçün imkanlar yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31