Ermənistan balıqçılarının Rusiya bazarına həsrəti: İki daş arasında qalan ixracatçılar ÖZƏL
10:48 DünyaOlaylar.az xəbər verir ki, "Sputnik Armeniya"nın kolumnisti Sergey Bablumyan yazır ki, Rusiyanın Ermənistandan balıq və digər məhsulların idxalına qoyduğu məhdudiyyətlər İrəvanın eyni vaxtda həm Qərbə, həm də Moskvaya xoş gəlmək cəhdlərinə verilən siyasi cavabdır. Bütün tələbatının cəmi 10%-dən azını Ermənistan qızılbalığı ilə ödəyən Rusiya bu məhsulları çatışmazlıqdan deyil, Avrasiya İqtisadi İttifaqı (AVRASİYA İB) çərçivəsindəki öhdəliklərə görə alırdı. İndi isə yaranan boşluğu Türkiyə, Qırğızıstan, Belarus və Qazaxıstan ixracatçıları doldurur. Müəssisələrin nümayəndələri Hökumət Evi önündə aksiyalara başlasalar da, problem həllini tapmır.
Hakimiyyətin "Avropa bizə kömək edəcək" vədləri də özünü doğrultmadı; Ermənistan Balıqçılar İttifaqının rəhbəri Gor Qriqoryan Avropa bazarının onlar üçün əlçatmaz olduğunu və Rusiyanın 30 illik təcrübəsini iki aya əvəz etməyin qeyri-mümkünlüyünü bildirdi. Rusiya ilə iqtisadi bağların zəifləməsi fonunda çətin vəziyyətdə qalan erməni balıqçılar mövcudluq mübarizələrini davam etdirəcəklərini bəyan edirlər.