Burçuladze məhbusları prosessual razılaşmaya çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, oktyabrın 4-ü işi üzrə saxlanılan müğənni Paata Burçuladze sosial şəbəkədə məhbuslara müraciət edərək, onları prokurorluğun təklif etdiyi prosessual razılaşmanı (plea bargain) qəbul etməyə və qanunsuz həbsdən azad olunmağa çağırıb. 

Burçuladze bildirib ki, azadlığa çıxmaq imkanından istifadə etməkdə alçaldıcı heç nə yoxdur və mübarizəni davam etdirmək üçün azadlıqda olmaq vacibdir. O, xüsusilə yaşlı akademik Georgi Çaxunaşviliyə müraciət edərək digərlərinə nümunə olmasını xahiş edib. Məşhur müğənni aksiyanın təşkilatçılarından biri kimi oktyabrın 4-ü işi üzrə həbs edilmiş sonuncu vətənpərvər azadlığa buraxılmayana qədər özünün azad olunması məsələsinə baxmayacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31