Gündəm

Bu ölkədə 27 nəfər hələ də “Hitler təqaüdü” alır

20 Fevral 2019 10:13

Belçikada Üçüncü Reyxin əsgəri olmuş 27 nəfər hələ də rəsmi Berlindən “Hitler təqaüdü” almağa davam edir. Sözügedən təqaüdlər 1941-ci ildə şəxsən Hitlerin əmri ilə təyin edilib.

Kosmosda günəş elektrostansiyası tikiləcək

20 Fevral 2019 10:12

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə göndərəcək orbital elektrostansiya texnologiyası üzərində çalışır. Layihə tərtibatçılarının sözlərinə görə, yeni stansiya fotoelektrik batareyanın Yerdən yüksəkdə quraşdırılacağı ilə əlaqədar buludlu hava şəraitində də günəş enerjisindən istifadə edə biləcək. Sınaq kompleksinin 2025-ci ilədək istifadəyə verilməsi planlaşdırılır.

“Silahdaşlar” adlı tammetrajlı sənədli film təqdim edildi - Nizami Kino Mərkəzində

20 Fevral 2019 10:09

Nizami Kino Mərkəzində “Silahdaşlar” adlı tammetrajlı sənədli filminin ilk nümayişi keçirildi. Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında ekranlaşdırılan film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Olaylar.az bildirir ki, ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbasdır.  

“Skype” da problem

20 Fevral 2019 10:01

Bir sıra ölkələrdə “Skype” messencerinin fəaliyyətində nasazlıqlar yaranıb. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir. Portalın məlumatına görə, “Skype”ın işində problemlər ABŞ vaxtı ilə saat 20:30-dan (Bakı vaxtı ilə saat 03:30) müşahidə edilməyə başlayıb.

ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM: 1 həftə ərzində Pentaqon...

20 Fevral 2019 09:53

14 dekabr 2018-ci ildə Suriyadakı bütün hərbi qüvvələrini geri çəkəcəyini vəd edən ABŞ bunun tam əksini göstərən addımlar atır. Pentaqon PKK/PYD terror təşkilatını qorumaq üçün “Türkiyəsiz təhlükəsiz bölgə” planlarını həyata keçirir.

Onlayn bilet satışının təşkil olunacaq - Muzeylərdə

20 Fevral 2019 09:52

Muzey Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışdı.

Həyat yoldaşının xəyanət görüntüləri yayıldı - Fotolar

20 Fevral 2019 09:42

Sabiq türkiyəli futbolçu Emre Aşık həyat yoldaşı Yağmurdan boşanır. Buna səbəb Yağmurun başqa bir şəxslə görüntülənməsi olub. İddialara görə, Aşık fotoları gördükdən sonra geriyə yol olmadığını və boşanacağını bildirib. 

“Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” - Universitetdən AÇIQLAMA

20 Fevral 2019 09:40

Azərbaycan Dillər Universitetinin işdən çıxarılan əməkdaşı Pərvin Mürsəlova bəzi saytlarda universitetin rektoru akademik Kamal Abdullanın adını hallandırmaqla bəzi əsassız ittihamlar irəli sürüb. O, “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir. Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir.

Fransada silahlı şəxs insanlara HÜCUM ETDİ

20 Fevral 2019 09:36

Fransanın Marsel şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Xidmətçi Röyanın başına “oyun açdı”

20 Fevral 2019 09:33

Əməkdar artist Röya Ayxanın başına iş gəlib. Müğənni bu barədə İnstaqramda məlumat verib. O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verib.

Süleyman Ələsgərovun əsərlərini səsləndirdilər

20 Fevral 2019 09:31

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert proqramı təqdim olunub. “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşan konsertdə Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları çıxış edib.

Suriyada terrorçuların məntəqələri məhv edildi

20 Fevral 2019 09:23

Suriya ordusu İdlib əyalətində "Nüsra cəbhəsi" terror qruplaşmasının bir neçə komanda məntəqəsini məhv edib. Ordu həmçinin Həma əyalətindəki yaşayış məntəqələrində gizlənən yaraqlılara cavab atəşi açıb.

Musiqili Teatrda “Balaca Şahzadə”nin premyerası olacaq

19 Fevral 2019 17:15

Martın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır. Olaylar.az bildirir ki, quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

Onlar təhlükəlidirlərmi?

19 Fevral 2019 16:42

Psixoloq: "Bir azərbaycanlının həyata baxışında fərqli orientasiyaya sahib olan hər hansı şəxsi qəbul etməyin özü qəbuledilməzdir" Cəmiyyətdə fərqli orientasiyaya malik insanlara qarşı çox zaman aqressiv münasibət müşahidə edirik. Bundan əziyyət çəkən insanlar çox zaman psixoloji sarsıntı keçirir və ya çıxış yolu olaraq ailəsini, ölkəsini tərk edir. Olaylar.az cəmiyyətin nədən fərqli orientasiyaya malik insanlara qarşı aqressiv olduğunu araşdırıb.