Epşteynin sərvətinə namizəd varis açıqlanıb

ABŞ-li maliyyəçi və cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynin milyonlarla dollarlıq sərvətinin mümkün varisinin əslən Belarusdan olan Karina Şulyak olduğu iddia edilir. Milli.Az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, Şulyak Epşteynin 2019-cu ildə həbsxanada ölməsindən əvvəl əlaqə saxladığı sonuncu şəxs olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları qadının 100 milyon dollara qədər miras əldə edə biləcəyini göstərir.

Hazırda 37 yaşı olan Karina Şulyak Epşteynlə 21 yaşında olarkən tanış olub. Uzun illər davam edən münasibətlərinə baxmayaraq, onun barəsində heç vaxt cinayət işi açılmayıb və Şulyak özünü Epşteynin qurbanı hesab etmədiyini bildirib.

Nəşrin yazdığına görə, üzə çıxan yazışmalar Epşteynin Şulyaka stomatologiya təhsili almaqda və ABŞ vətəndaşlığı əldə etməkdə dəstək göstərdiyini ortaya qoyur. 

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların cinsi istismar və alveri ilə bağlı ittihamlar əsasında həbs edilmiş, həmin ilin avqustunda isə həbsxanada ölü tapılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31