Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı
19 Fevral 2019 17:23 KriminalSumqayıtda mənzildə qadın meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31