Qagik Tsarukyan: İqtisadi əlaqələri qırmaq və daxili parçalanma Ermənistanı fəlakətə aparır – ÖZƏL
11:43 DünyaOlaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının həbsdə olan lideri Qagik Tsarukyan daxili həmrəyliyin və bitərəf əməkdaşlığın vacibliyini vurğulayan müraciət yayımlayıb. İqtisadiyyatın "promeşrik" və "proqərb" kimi bölünməsini qəbulolunmaz hesab edən Tsarukyan bildirib ki, ənənəvi (Rusiya) bazarları itirməklə yeni bazarlara tələsik keçid etmək erməni sahibkarlarını və kəndlilərini geri dönülməz itkilərlə üz-üzə qoyur.
O, Ermənistanın geri çəkildiyi bazarlara Azərbaycanın intensiv şəkildə daxil olduğunu qeyd edərək, ölkənin xarici təhlükələr - ABŞ-İran, Rusiya-Ukrayna münaqişələri fonunda bütün daxili və diaspor potensiaını bir araya gətirməli olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31