Bakı metropoliteninə yeddi yeni ventilyator gətirilir

2019-cu ildə köhnə ventilyasiya avadanlıqlarının əvəzlənməsi, daha məhsuldar və istismar baxımından sərfəli qurğuların alınması, havalandırma sisteminin funksionallığının, səmərəsinin artırılması istiqamətində əhəmiyyətli addımlar atılacaq. Bu xüsusda köhnə ventilyatorların istismardan çıxarılması xüsusi qeyd olunmalıdır. "Bakı Metropoliteni"ndən "OLAYLAR"-a bildirilib ki,  cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. Bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.

Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində "Ventprom"un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31