Rusiya Paşinyanın “sədaqət girovlarını” təqdir etdi
22 Fevral 2019 12:53 DünyaMüasir dünyada etibarlı müttəfiq dövlətin dəstəyinə sahib olmaq vacibdir.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Müttəfiqlərin arasındakı güclü münasibətlər sayəsində ciddi məsələləri həll etmək, sülhü və təhlükəsizliyi təmin etmək mümkündür. Rusiya-Ermənistan hərbi əməkdaşlığı əmin şəkildə inkişaf edir. Rusiya Ermənistana yeni növ silahlar və texnika göndərir. Ermənistanın Suriyadakı humanitar missiyada işitrakını yüksək qiymətləndiririk. Bu, növbəti dəfə müttəfiqliyimizi, münasibətlərimizin xüsusi xarakterini təsdiq edir", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan KTMT-də yeganə dövlətdir ki, Suriyada Rusiyaya dəstək üçün humanitar missiya göndərib. 83 nəfərdən ibarət bu missiyanı Paşinyanın Putinə sədaqətini sübut etmək üçün göndərdiyi bildirilir.
Ermənistanın yeni hakimiyyətinin bu addımı Qərbdə, xüsusilə ABŞ-da birmənalı qarşılanmayıb.
axar