4 minə yaxın insan öldürüldü

Ötən il ərzində Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb. BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.

Hesabata əsasən mülki şəxslərin 63 faizi hökumətə qarşı çıxan qüvvələrin - Taliban hərəkatının və İŞİD terror qruplaşmasının hücumları nəticəsində həyatını itirib.

2009-cu ildən indiyədək Əfqanıstanda mülki əhali arasında münaqişə qurbanların sayı ümumilikdə 32 min nəfəri ötüb, 60 minə yaxın insan isə yaralanıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31