Putinin ABŞ-a təhdidləri boş sözlərdir - Pompeo

Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir.

Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını məhz Rusiya pozub:

"Bəli, Putin bir daha guya Rusiyanın Amerika raket sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın cavab verməyə və rus silahlarını Amerikaya göndərməyə hazır olduğunu bəyan etdi. Şübhəsiz, bu, Moskvadan səsləndirilən sərt ifadələrdir. Bu sözlər əsas çağırışı gizlətməyə yönəlib", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31