Çin universitetləri ilə əməkdaşlıq

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar.az bildirir ki, qonaqları salamlayan və universitetdə görməkdən məmnunluğunu bildirən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. 

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Olaylar.az bildirir ki, qonaqları salamlayan və universitetdə görməkdən məmnunluğunu bildirən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan ilə Çin arasında digər sahələrdə olduğu kimi humanitar istiqamətdə də münasibətlərin inkişafından, elm və təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edib. 

Bakı Dövlət Universiteti haqqında məlumat verən F.Qurbanov onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri, o cümlədən Çinin tanınmış ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələrini vurğulayıb. 2004-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisasını bitirən məzunların əksəriyyətinin Çinin müxtəlif universitetlərində təcrübə keçdiyini, təhsillərini magistratura və doktorantura pillələrində davam etdirdiklərini diqqətə çatdırıb. 

BDU ilə Çin Xalq Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom proqramı, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən səfir, ali təhsil müəssisələrimizin ikitərəfli əlaqələrindən razılığını ifadə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31