Serj Sarkisyan və onun ətrafı beynəlxalq tribunalda mühakimə olunmalidir
26 Fevral 2019 16:40 SiyasətErmənistanın indiki hakimiyyəti özündə cəsarət tapıb Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 10 il əvvəl öz əhalisinə qarşı törətdiyi cinayətlərlə yanaşı, 27 il bundan qabaq Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi misli görünməyən cinayətlərinə də hüquqi qiymət verməlidir. Ona görə Serj Sarkisyan və onun ətrafı beynəlxalq tribunalda mühakimə olunmalidir". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov verib. O, bildirib ki, onların törətdiyi cinayət Xocalıda erməni işğalçilarının və millətçilərinin Azərbaycan xalqına, eyni zamanda da bəşəriyyətə və insanlığa qarşı törətdiyi ən dəhşətli cinayət və vəhşilik aktıdır: "Bunun üçün artıq kifayət qədər hüquqi və beynəlxalq siyasi zəmin var, dünyanın aparıcı ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırım kimi qəbul edib. Bu addımı atmaqla Ermənistanı idarə edən bugünkü şəxslər ümumbəşəri və sülh dəyərlərinə yaxınlaşmış olduğunu nümayiş etdirmiş olardılar"