“İlham Əliyev çox möhtəşəm addım atdı” – BƏHRUZ QULİYEV
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərmanı ilk növbədə, dövlət başçımız tərəfindən başladılan sosial inqilabın mühüm tərkib hissələrindədir”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
28 Fevral 2019 15:50 Siyasət"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Fərmanı ilk növbədə, dövlət başçımız tərəfindən başladılan sosial inqilabın mühüm tərkib hissələrindədir". Bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, dövlətin həyata keçirtdiyi sosial paketin tərkib hissəsi olan bu mötəşəm qərar, eyni zamanda, dünyaya təqdim edilən müasir Azərbaycan modellərindən biridir: "Sirr deyil ki, artıq bir neçə ildir manatın dollara nisbətdə devalvasiya baş vermişdi və əhali daha əvvəllər götürdüyü kredit borclarını əvvəlki məzənnə ilə ödəyə bilmirdi, işlər məhkəmələrə, digər instansiyalara qədər gedib çıxırdı. Bu isə bank kreditlərində problemlər yaranmış xalqı narahat edirdi. Belə olan halda, cənab İlham Əliyev öz inqilabi qərarları ilə bir daha sübut etdi ki, dövlət xalq üçündür və xalqa xidmət etməlidir. Əbəs deyil ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, O, xalqın xidmətçisidir və fəaliyyətini bilavasitə xalqa xidmət etmək üzərində qurub. Bu baxımdan, Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərmiş oldu".
Media Qrupu rəhbərinin sözlərinə görə, dövlətimizin başçısı qeyd edilən fikirlərlə yanaşı, hələ 16 il öncə andiçmə mərasimində verdiyi vədinə nə qədər sadiq olduğunu növbəti dəfə sübuta yetirmiş oldu: "Bəli, bu addım həm də cənab İlham Əliyevin sözünə bütöv lider olduğunun faktıdır, sübutudur. Əlbəttə ki, Azərbaycan xalqı da bu addımdan böyük sevinc hissi keçirir. Təsəvvürünüzə gətirin ki, illərlə yığılmış, ödənilməyəcək hala qədər yetişmiş bank kreditlərinin problemli borcları dövlət başçımızın bir Fərmanı ilə həll edildi, bununla da, problemli kreditlər məsələsinə birdəfəlik son qoyuldu. Əlbəttə ki, yalnız bu Fərman deyil, digər sosial yönümlü inqilabi Sərəncam və Fərmanların hər biri dövlətin potensialının xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirən amillərdəndir. Çünki Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir ki, Prezident İlham Əliyev bu istiqaməti əsas olaraq götürməkdədir".
"Bu, eyni zamanda digər bir faktoru da diqqətə çatdırır ki, son dövrdə ölkəmizdə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi inkişaf templəri bərpa edilərək, sürət həddini artırıb", deyə bildirən Bəhruz Quliyevə görə, bunun nəticəsidir ki, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət öz dəstəyini göstərdi: "Artıq birmənalı şəkildə, əminliklə deyə bilərik ki, cari ilin əvvəlindən sosial sahələr üzrə qəbul olunmuş qərarlar, eləcə də, haqqında bəhs etdiyimiz Fərman qarşıda da atılacaq inqilabi qərarların bir hissəsidir və bunun davamlı xarakter alacağına hər birimiz, hər bir Azərbaycan vətəndaşı qətiyyətlə inanır".