Meksikanın nüfuzlu Pulse News qəzeti: Xocalı Soyqırımı - Arzuların məhv edildiyi gecə
Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The Pulse News” qəzetində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun “Xocalı Soyqırımı, arzuların məhv edildiyi gecə” (Khojaly Genocide, the night when dreams were shattered https://pulsenewsmexico.com/2019/02/26/the-khojaly-genocide-the-night-when-dreams-were-shattered-2/ ) başlıqlı məqaləsi dərc olunmuşdur.
28 Fevral 2019 10:53 SiyasətMeksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan "The Pulse News" qəzetində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun "Xocalı Soyqırımı, arzuların məhv edildiyi gecə" (Khojaly Genocide, the night when dreams were shattered https://pulsenewsmexico.com/2019/02/26/the-khojaly-genocide-the-night-when-dreams-were-shattered-2/ ) başlıqlı məqaləsi dərc olunmuşdur.
Olaylar.az bildirir ki, məqalədə Xocalı Soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğu qeyd edilərək onun hər bir həmvətənlimizin qəlbində ağrılı xatirə olaraq qaldığı bildirilir. Xocalı əhalisinin uzun zaman erməni faşistlərin blokadası altında yaşadığı və 27 il öncə bir gecənin içində amansızcasına məhv edildiyi deyilir.
Erməni təcavüzkarlarının misli görünməmiş qəddarlıqla şəhərin günahsız əhalisini, qadın, uşaq və yaşlılar arasında fərq qoymadan qətlə yetirdiyi onlara dəhşətli işgəncələr verildiyi bildirilir. Xocalı faciəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yeganə olmadığını və bu kimi dəhşətlərin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərində və burada millətimizə qarşı etnik təmizləmə həyata keçirdikdə təkrarlandığı qeyd olunur.
Xocalı Soyqırımının dünya ictimaiyyəti tərəfindən tədricən tanındığı və Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələr barədə həqiqətlərin dünyaya çatdırmaqda Heydər Əliyev Fondunun Vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya Ədalət" kampaniyasının müstəsna rolu qeyd olunur.
Meksikada yaşayan Azərbaycanlıların hər il olduğu kimi, Xocalı Soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Mexiko şəhərinin Tlakskoake meydanında ucalan "Xocalı Soyqırımı" abidəsi qarşısında yığışdıqları qeyd olunur.
Xocalı dəhşətlərini yaşamışların, Azərbaycanın işğal olunmuş ərazilərindən, öz yurdlarından, didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünlərin dünyaya üz tutaraq ədalət tələb etdiyi, onların öz doğma torpaqlarına geri qayıtmaqlarını gözlədiyi vurğulanır. Sülh üçün ilk olaraq ədalətin bərqərar olmasının vacibliyi vurğulanır.