Trampın sanksiyaları İrəvanı da vurdu

ABŞ-ın Rusiyanın “Rusal” şirkətinə tətbiq etdiyi sanksiyalar öz təsirini Ermənistanda da göstərib. Bu barədə məlumatı “Hetq.am” saytı yayıb. Məlumata görə, sanksiyalar nəticəsində “Rusal”ın tərkibində yer alan və alüminium folqa istehsalı ilə məşğul olan “Armenal” zavodunun istehsalı 15% azalıb. İstehsal və ixracın azalması zavodun ödədiyi verginin 37% azalması ilə nəticələnib.

ABŞ-ın Rusiyanın "Rusal" şirkətinə tətbiq etdiyi sanksiyalar öz təsirini Ermənistanda da göstərib. Bu barədə məlumatı "Hetq.am" saytı yayıb. Məlumata görə, sanksiyalar nəticəsində "Rusal"ın tərkibində yer alan və alüminium folqa istehsalı ilə məşğul olan "Armenal" zavodunun istehsalı 15% azalıb. İstehsal və ixracın azalması zavodun ödədiyi verginin 37% azalması ilə nəticələnib.

Qeyd edək ki, "Armenal" Ermənistanın ümumi ixracının 5%-ni təşkil edir. "Rusal" bu zavodu 2000-ci ildə alıb.

Keçən ilin aprelində ABŞ "Rusal" şirkətini və onu rəhbəri Oleq Deripaskanı sanksiyalar siyahısına salıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31