Keçmiş həyat yoldaşı müğənnini qeyri -səmimilikdə ittiham etdi

Ötən günlərdə atasını itirən İrem Dericinin eks-əri, radio aparıcısı Rıza Esendemir fotoqrafların obyektivinə tuş gəlib. O, jurnalistlərin “Eks-həyat yoldaşınız İrem Derici sizə zəng edib, baş sağlı verib” sualına cavab verib:

Ötən günlərdə atasını itirən İrem Dericinin eks-əri, radio aparıcısı Rıza Esendemir fotoqrafların obyektivinə tuş gəlib. O, jurnalistlərin "Eks-həyat yoldaşınız İrem Derici sizə zəng edib, baş sağlı verib" sualına cavab verib:

"Sağ olsun, əklil göndərib. Mənim üçün qeyri-səmimi bir əklildir. Onu yollamaq yerinə, zəng etsə, daha səmimi olardı. 1996-1997-ci illərdə bir sevgi münasibətim olmuşdu. O qız anamın nömrəsini tapıb, başsağlığı verib. Onun belə vəfalı olmasına məəttəl qaldım. Mən bu hadisəni İremə bağlamaq istəmirəm. Biz onunla dalaşıb ayrılmamışıq. Kaş ki, məni yığmasa da, anama zəng edərdi. O, xəstəxanada olanda ən sevdiyi çiçəkləri göndərdim, reanimasiyada idi deyə, yanına getmədim. Amma onun atası zəng etdi, çox sağ olsun".

Qeyd edək ki, cütlük 2016-cı ilin martında boşanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31