Muğam Mərkəzində Azərbaycan tarının dünəni, bu günü və sabahı müzakirə edildi

Beynəlxalq Muğam Mərkəzində  Mərkəzin “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda  tar sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Muğam Mərkəzində  Mərkəzin "Dəyirmi masa" layihəsi çərçivəsində "Azərbaycan tarı, dünən, bu gün və sabah" adlı seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda  tar sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Siyavuş Kərimi  xalqımızın çox sevdiyi, vətənimizdə geniş populyarlıq qazanmış alətlərdən biri olan tar haqda danışaraq vurğulayıb  ki, tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir.  
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov muğam sənətinin aparıcı aləti olan tarın bu sənətin yaşadılmasında, qorunmasında müstəsna xüsusiyyətə malik olduğunu xatırladıb. Xüsusi olaraq vurğulayıb ki,  tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi birinci vitse prezident Mehriban Əliyevanın bu istiqamətdə əvəzsiz  səyi nəticəsində mümkün olub. 
 Sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO-nun eksperti Sənubər Bağırova tar musiqi alətində yeniliklər məsələsinə toxunaraq, qeyd edib ki,  hər bir musiqi alətində olduğu kimi tarda da yeniliklər etmək olar və bu lazımdır. Lakin yeniliklər, müasir ifa tərzi ənənə üzərində qurulmalıdır.  Sənubər Bağlrova  70-in 30 - yeni  bir formul da təklif edib. Onun fikrincə Yeniliklər -ənənə ( 70 faiz), müasirlik (30 faiz) formulu ilə olsa daha məqbuldur.
 Muğam irsimizin tədqiqatçılarından biri, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı 30-cu illərdə tara qarşı bir qrup insanın, bəzi dövlət qurumlarının apardığı kampaniyaları xatırladaraq. Araşdırmalarından maraqlı bir faktla dəyirmi masa iştirakçıkarı ilə bölüşüb. 
Konservatoriyanın  elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, görkəmli tarzənlər - Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Fikrət Verdiyev, həmçinin AMK-nın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, Sadıqcanın nəticəsi, tədiqatçısı Elxan Cəfərov və başqaları məruzələrlə çıxış ediblər. Məruzələrdə tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzulara toxunulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31