Bu ölkənin raketləri Rusiya üçün təhlükədir – ŞOK İDDİA
Çinin raketləri Rusiyanı hədələyir, bununla əlaqədar olaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə Çini daxil etmək lazımdır. Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen “Focus” jurnalına müsahibəsində bildirib.
4 Mart 2019 10:46 DünyaÇinin raketləri Rusiyanı hədələyir, bununla əlaqədar olaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə Çini daxil etmək lazımdır.
Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen "Focus" jurnalına müsahibəsində bildirib.
"Rusiya Çini silahsızlaşdırma haqqında müqaviləyə cəlb etməkdə maraqlı olmalıdır. Çünki Rusiya raketləri Avropa üçün təhlükə təşkil etdiyi kimi, Çin raketləri də Rusiya üçün təhlükədir", - o deyib.
Fevralın 6-da ABŞ prezidenti Donald Tramp Konqresə illik müraciətində qeyd edib ki, ABŞ Çini Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə daxil edərək yeni razılaşmanı imzalaya bilər. Publika.az