BDU-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu - 100 illiyi münasibətilə

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Olaylar.az bildirir ki, yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə çempionat keçirilib. Olaylar.az bildirir ki, yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.

Yarışın nəticəsi olaraq Bakı Dövlət Universiteti ilk yerin qalibi olub. Növbəti yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə UNEC komandaları bölüşüb.

Qeyd edək ki, yarışmada, eyni zamanda, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandaları da iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31