Gündəm

Kinematoqrafçılar İttifaqında iclas keçiriləcək

5 Mart 2019 11:57

Martın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin geniş tərkibdə iclası keçiriləcək.

Gənc şəbəkə ustası İlqar Rəsulzadənin fərdi sərgisi nümayiş olundu

5 Mart 2019 11:37

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı fərdi sərgi layihəsi həyata keçirilmişdir.

Təranə Qumraldan Könül Kərimovanı qıcıqlandıracaq paylaşım

5 Mart 2019 10:53

Müğənni Təranə Qumral sosial şəbəkə hesabından arxiv fotolar paylaşıb. Olaylar.az bildirir ki, müğənni paylaşdığı 3 fotonun 2-si Könül Kərimova ilə çəkirdiyi şəkillərdir. Fotolara çərh yazan izləyicilər yaxın günlərdə qalmaqal olacağını qeyd ediblər. Bu yaxınlarda “5/5” proqramında canlı yayımda tərəflər arasında qalmaqal yaşanmışdıHəmçinin izləyicilər Könül Kərimovanın arxiv fotolarını tənqid ediblər. Təranə qumral paylaşdığı fotoya “Könül Kərimova 1996-cı il: toyda”  deyə, fotoya şərhini yazıb.

BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir

5 Mart 2019 10:44

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir. Olaylar.az bildirir ki, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.

Məşhur serial ulduzu vəfat etdi

5 Mart 2019 10:39

Məşhur amerikalı teatr və kino aktyoru Lük Perri 53 yaşında vəfat edib. Olaylar.az bildirir ki, bu yaxınlarda iflic keçirdiyi üçün təcili xəstəxanaya yerləşdirilən aktyor  80-ci illərdə “Sevənlər”, “Başqa dünya” serialında çəkilib.

"Gənc Sahibkar Ol!" layihəsi uğurla başa çatıb

5 Mart 2019 10:24

Şəki Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Şəki şəhər Gənclər və İdman İdarəsinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Şəki Regional Debat Mərkəzinin və "Youth Inc." Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Gənc Sahibkar Ol!" layihəsinin "Bağlanış və Mükafatlandırma” mərasimi baş tutub.

Evində ölü tapılan müğənni intihar edibmiş

5 Mart 2019 10:18

Xəbər verdiyimiz kimi, “The Prodigy” qrupunun vokalisti Kit Flit evində ölü tapılmışdı. Onun intihar etdiyi ortaya çıxıb. Bu barədə qrupun İnstaqram səhifəsində məlumat verilib.

Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

5 Mart 2019 10:16

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də əməkdar artist Bəhram Bağırzadəni qəbul edib. Görüşdə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə B.Bağırzadənin Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması ilə bağlı irəli sürdüyü təklif müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı Sərəncam imzalayıb

5 Mart 2019 10:13

Martın 4-də Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat məbləğində vəsait ayrılıb.

Onlar üçün hər kəs ayağa qalxsa da, Flora durmadı -Video

5 Mart 2019 10:10

Xalq artisti Faiq Ağayev “Golden People Awards” mükafatlandırma gecəsində xüsusi mükafata layiq görülüb. Müğənni mükafatını almaq üçün səhnədə çıxış edib.

Rusiyaya qarşı sanksiyaların müddəti artırıldı

5 Mart 2019 10:08

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.

Əbülfəz Qarayev səfirlərlə görüşdü

5 Mart 2019 10:06

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb. Olaylar.az bildirir ki, Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilmişdir. Səfir qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Çin müdafiə büdcəsini 7,5 faiz artırır

5 Mart 2019 10:03

Çin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb. Bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.

Beynəlxalq Qısametrajlı Film Festivalında bir sıra filmlər təqdim ediləcək

5 Mart 2019 10:01

Milli Kino və Animasiya Mərkəzi (www.cnc.fr) tərəfindən təşkil edilən Beynəlxalq Qısametrajlı Film Festivalı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu paytaxtın sakinlərinə bir sıra filmlər təqdim edəcək.