BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir. Olaylar.az bildirir ki, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.
5 Mart 2019 10:44 SosialÜmummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir. Olaylar.az bildirir ki, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.
Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.
Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək BDU-nun 100 illiyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə təqdim edilməlidir.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcəkdir.