Çin müdafiə büdcəsini 7,5 faiz artırır
Çin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb. Bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.
5 Mart 2019 10:03 DünyaÇin 2018-ci ilə nisbətən bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 7,5 faiz çoxaltmağı planlaşdırıb.
Bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasında hökumətin iş planı təqdim edilərkən öz əksini tapıb. Plan sessiyanın gedişində təsdiq üçün səsə çıxarılacaq.
Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilib. Cari il üçün nəzərdə tutulan 7,5 faizlik artım ötən illə müqayisədə aşağıdır.
Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək. AZƏRTAC