Məşhur serial ulduzu vəfat etdi
Məşhur amerikalı teatr və kino aktyoru Lük Perri 53 yaşında vəfat edib. Olaylar.az bildirir ki, bu yaxınlarda iflic keçirdiyi üçün təcili xəstəxanaya yerləşdirilən aktyor 80-ci illərdə “Sevənlər”, “Başqa dünya” serialında çəkilib.
5 Mart 2019 10:39 DünyaMəşhur amerikalı teatr və kino aktyoru Lük Perri 53 yaşında vəfat edib. Olaylar.az bildirir ki, bu yaxınlarda iflic keçirdiyi üçün təcili xəstəxanaya yerləşdirilən aktyor 80-ci illərdə "Sevənlər", "Başqa dünya" serialında çəkilib.
Ən böyük şöhrəti isə ona 1990-cı ildən çəkilən "Beverli Hills 90210" serialındakı Dilan Makkey obrazı gətirib. Aktyor həmçinin "Marsdan olan rokçu siçanlar", "Riverdeyl", "Cinayətkar kimi düşünmək", "Bədən tədqiqatı", "Houpu tərbiyə edərkən" teleşoularında çəkilib. 2015-ci ildə məşhur serial və kino ulduzunun bağırsaqlarında bədxassəli şiş aşkarlanmışdı.
Lük Perri həmçinin "Beşinci element", "Amansız fırtına", "Yaxşı niyyət" filmlərində də oynayıb.