Beynəlxalq Qısametrajlı Film Festivalında bir sıra filmlər təqdim ediləcək
Milli Kino və Animasiya Mərkəzi (www.cnc.fr) tərəfindən təşkil edilən Beynəlxalq Qısametrajlı Film Festivalı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu paytaxtın sakinlərinə bir sıra filmlər təqdim edəcək.
5 Mart 2019 10:01 MədəniyyətMilli Kino və Animasiya Mərkəzi (www.cnc.fr) tərəfindən təşkil edilən Beynəlxalq Qısametrajlı Film Festivalı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu paytaxtın sakinlərinə bir sıra filmlər təqdim edəcək.
Olaylar.az bildirir ki, filmlərin nümayişi 13-19 mart tarixləri arasında, İnstitutunun mediatekasında keçiriləcək və filmlərin toxunduğu məsələlər üzərində fikir mübadiləsi etmək mümkün olacaq.
Daha ətraflı məlumat yaxın günlərdə yayımlanacaq.
Qeyd edək ki, əlavə məlumat almaq istəyənlər Fransız İnstitutunu sosial şəbəkə hesabını izləyə bilər: https://www.facebook.com/events/386426305506800/