İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.A.Əliyev adına Mədəniyyət evi Hövsan Mədəniyyət sarayı ilə birlikdə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Olaylar.az bildirir ki, tədbiri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov açaraq mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
4 Mart 2019 13:12 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.A.Əliyev adına Mədəniyyət evi Hövsan Mədəniyyət sarayı ilə birlikdə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Olaylar.az bildirir ki, tədbiri filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov açaraq mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında məlumat verib.
Qeyd edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.
Sonra xanəndə Məmməd Nəcəfovun ifasında tarzən Möhüb Babayev, kaman ifaçısı İsmayıl Həmidovun müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam parçaları səsləndirilib.
Sonda tədbir iştirakçıları Nəsiminin kitablarından ibarət sərgi ilə tanış olublar.