“Könül nəğmələri” Muğam Mərkəzində dinləniləcək
Martın 4-də, saat 19:00 -da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin “Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Konsertdə Estrada sənəti kafedrasının tələbələri yerli və xarici bəstəkarların əsərlərini ifa edəcək.
4 Mart 2019 13:35 MədəniyyətMartın 4-də, saat 19:00 -da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin "Könül nəğmələri" adlı konsert proqramı keçiriləcək. Olaylar.az bildirir ki, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Konsertdə Estrada sənəti kafedrasının tələbələri yerli və xarici bəstəkarların əsərlərini ifa edəcək.
Qeyd edək ki, konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva, aparıcısı Abbasağa Əlizadədir. Konsertdə nümayiş olunacaq slaydlar Şıxəli Bağırzadə tərəfindən hazırlanıb.