Dünya
Təyyarədə qorxulu anlar
Ötən gün Türkiyənin Diyarbəkir - İstanbul təyyarəsinin sərnişinləri havada dəhşətli anlar yaşayıblar. Axşam saatlarında Diyrabəkirdən İstanbul istiqamətində uçan təyyarədə bir şəxs təyyarənin ayaqyolunda bonzai narkotik həbini qəbul edərək salondaki sərnişinlərə hücum edib. Sərnişinlərqorxulu anlar yaşayıb. Xoşbəxtlikdən qısa zaman ərzində narkotik qəbul edən gənc ekipaj üzvləri və bəzi sərnişinlər tərəfindən zərərsizləşdilib. Təyyarə təcili olaraq Anakara Esenboğa hava limanına enib və asayişi pozan şəxs polisə təhvil verilib. Sonda təyyarə iki saatlıq gecikmə ilə İstanbula uçub.
Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər
Fransada fövqəladə vəziyyət rejimi noyabrın 1-dək uzadıla bilər. Təhlükəsizlik Şurasının iclasının yekunu üzrə Yelisey Sarayının kommünikesində deyilir ki, hökumət yaxın vaxtlarda terror təhdidi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi üzrə yeni tədbirlər hazırlamalıdır.
Türkiyə təyyarəsində qorxunc hadisə: tualetdən çıxıb sərnişinlərə hücum etdi - VİDEO
Ötən gün saat 19:15-də Diyarbəkirdən İstanbula uçan təyyarənin tualetində narkotik istifadə etdiyi deyilən şəxs sərnişinlərə qorxu dolu anlar yaşadıb. Narkotik istifadə edən şəxs tualetdən çıxdıqdan sonra sərnişinlərə hücum edib.
Milyarder-videobloqqer müxalifət liderinə qarşı: "Tfu sənə, bir daha..." - VİDEO
Rusiya siyasətində maraqlı ənənə yaranmaqdadır. Məşhur bloqqer və Putinə qarşı ən populyar müxalif lider, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ilə özbək əsilli milyarder-oliqarx Əlişir Usmanov arasında qarşıdurma sonuncunun opponentinə qarşı onun öz metodundan istifadəsi ilə davam etməkdədir.
6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə qaçdı
İngiltərədə 6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə intim münasibətdə olmaq üçün ağıllara durğunluq verən yola əl atıb. Qadın ən böyüyü 14, ən kiçiyi 3 yaşındakı uşaqlarını ataraq Avstraliyaya qaçıb.
Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ
Ermənistana idxal edilən və yarmarkalarda satılan Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb. Ermənistan hakimiyyəti Azərbaycan alması ilə bağlı yeni iddia ilə çıxış edib. Dövlət Gəlirləri Komitəsi iddia edib ki, İrəvan yarmarkalarında satılan Azərbaycan almaları əslində Polşa mənşəlidir, sadəcə olaraq, üzərinə Azərbaycan firmasının emblemi vurulub. Ermənistan mediası bunun hakimiyyətin buraxdığı səhvi təmizə çıxarmaq gedişi olduğunu yazıb. “Joxovurd” qəzeti yazır ki, hazırda gömrüklərdə üzərində emblem olmayan almalar Ermənistana buraxılmır: “Bunu etibarlılıq üçün edirlər. Lakin Azərbaycan almaları ilə bağlı yaranmış qalmaqaldan sonra belə gömrükdə qanunsuzluğun, özbaşınalığın qarşısı alınmayıb”.
Britaniya səfiri: “Terrorizm heç vaxt qalib gələ bilməyəcək”
“Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik”. Bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, 2 gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla, 22 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib: "Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Azərbaycan prezidenti İlham Əliyev və xarici naziri Elmar Məmmədyarov Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq”.
İngiltərə bu qadından danışır - Terror zamanı qaçan uşaqları...
İngiltərə mediası Mançesterdə baş verən partlayış sonrası yaranan qarmaqarışıqlıqda uşaqları bir-bir hadisə yerindən uzaqlaşdıraraq ailələrinə təhvil verən Paula Robinsondan danışır.
Bişkekin mərkəzində bomba həyəcanı
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində əldəqayırma partlayıcı qurğunun mulyajı aşkar edilib. Səhər saatlarında şəhər milisinin növbətçi hissəsinə Milli Filarmoniyanın yaxınlığında şübhəli əşya olması ilə bağlı anonim zəng daxil olub. Əraziyə cəlb edilən Daxili İşlər Nazirliyi və Dövlət Komitəsinin əməkdaşları "şübhəli qutu"nu tapıblar. Partlayıcı qurğunun mulyajı zərərsizləşdirilib. Araşdırma davam edir.
London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Londonun “Stansted” aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb. Bu barədə “Skotland Yard”ın bəyanatında bildirilir. Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil. Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır. Polis əməkdaşlarının hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir.
PKK-çılarla atışma: yaralı hərbçilər var
Türkiyənin Tunceli vilayətinin Çiçəkli bölgəsində jandarm qüvvələrinin apardığı əməliyyat zamanı PKK terrorçuları ilə atışma olub. Atışma zamanı terrorçuların daha öncə yerdə quraşdırdığı iki partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi xəsarət alıb. Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.














