Dünya
Sankt-Peterburqda metro stansiyası bağlandı - bomba təhlükəsi
Sankt-Peterburq şəhərində metronun "Ploşad Vosstaniya" stansiyasına giriş və çıxış bağlanıb. Buna səbəb stansiya ərazisində mərkəzi zalda sahibsiz qutunun tapılması olub.
Rusiyada mədəniyyət evində səhnənin bir hissəsi uşaqların üzərinə çöküb
Rusiyanın Perm vilayətində Anatoli Soldatov adına mədəniyyət evində səhnə konstruksiyasının çökməsi nəticəsində uşaqlar xəsarət alıblar. Səhnənin bir hissəsinin çökməsi nəticəsində 8 uşaq xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib
Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir. “LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.
Suriyalılar mağazaya basqın etdilər
Mayın 24 – də bir qrup silahlı suriyayılar Türkiyənin QazıAntep vilayətinin Maaşquyu qəsəbəsində yerləşən zərgər mağazasına qarətməqsədi ilə silahlı hücum ediblər. Mağaza sahibi Ö. E -nin üzərinə silah çəkən qrup üzvləri ilə mağaza sahibi arasında silahlı qarşıdurma baş verib. Baş verən qarşıdurma nəticəsində soyğunçulardan birisi hadisə yerindəcə aldığı yaralardan həlak olub. Mağaza sahibinin oğlu Ş. E isə yaralnıb. İki soyğunçu isə hadisə yerindən uzaqlaşıb. Yarlanan Ş. E təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralı şəxsin hal hazırda xəsətxanada əməliyyat edildiyi bildilir.
Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb. Xüsusi təyinatlılar “Krım-2” neft-qazma qurğusu və “Fyodor Uryupin” yedək gəmisini tutmuş xarici hərbçilərin zərərsizləşdirilməsi üzrə hərəkətləri yerinə yetirməlidir.
İtaliyada BOMBA HƏYƏCANI: qatarların hərəkəti dayandırıldı
İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb. Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.
Fransa baş nazirindən ETİRAF: "Terror təhlükəsi yüksəkdir"
"Fransada terror aktlarının törədilməsi riski yüksək səviyyədədir". Belə açıqlama ilə Fransanın baş naziri Eduar Filipp çıxış edib. Baş nazir deyib: "Ölkədə terror hadislərilə bağlı risk hələ də yüksək səviyyədə qalmaqda davam edir".
Suriya hakimiyyəti: İŞİD-in "hərbi naziri" məhv edilib
Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb. Suriyadövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb. Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib. Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.
Bu ölkə də NATO-ya yeni üzv qəbul olacaq
Monteneqro iyunun əvvəlində NATO-nun tamhüquqlu üzvü olacaq. Bunu alyansın baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, NATO ölkələri Monteneqronun alyansa daxil olması haqqında protokolun ratifikasiyası prosesini başa çatdırırlar: "Biz mayın 25-də NATO-nun sammitində bu ölkənin Baş nazirini alqışlayacağıq və gözləyirik ki, Monteneqro iyunun əvvəlində alyansın 29-cu üzvü olacaq".
İnquşetiyada spirtli içki satışı qadağan ediləcək
İnquşetiya parlamenti respublika ərazisində alkoqollu içkilərin pərakəndə satışını qadağan edəcək. Spirtli tərkibə malik içkilərə qarşı bu qadağa Ramazan bayramı günlərində tətbiq ediləcək. Belə ki, Ramazan ayı boyunca, Fitr bayramı günü, Uşaqların Müdafiəsi Günü, Bilik Günü və Son zəng tarixlərində qadağa qüvvədə olacaq.
Roma Papası Trampa nə hədiyyə etdi?
Roma Papası I Fransisk Vatikana səfər etmiş ABŞ Prezidenti Donald Trampa zeytun ağacının təsvir olunduğu medalyon hədiyyə edib. Roma Papası hədiyyəni təqdim edərkən zeytun ağacının sülh rəmzi olduğunu bildirib. Öz növbəsində, D.Tramp I Fransiskə Martin Lüter Kinqə həsr olunmuş kitabın xüsusi nəşrini hədiyyə edib.
Daha bir FACİƏ: 20 nəfər öldü
Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Nəticəsə 20 nəfər həyatını itirib. Qayıqda 200-dən çox miqrantın olduğu bildirilir. İtaliya sahil təhlükəsizlik qrupları axtarış-xialsetmə işləri üçün kömək istəyib.
ABŞ Azərbaycana və Ermənistana maliyyə yardımını azaltdı
ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb. Administrasiyanın büdcəsinə əsasən, Ermənistana yardım 67 faiz - 20,4 milyon dollardan 6,8 milyon dollaradək azaldılacaq.
Tramp: "Kim Çen In nüvə silahı olan dəlidir
ABŞ prezidenti Donald Tramp Filippin prezidenti Rodriqo Duterte ilə telefon söhbəti zamanı Şimali Koreya lideri Kim Çen Inı "nüvə silahı olan dəli" adlandırıb. Telefon söhbəti əsnasında iki prezident Şimali Koreya ilə bağlı vəziyyətin həll edilməsi mövzusunda danışıblar. Söhbət zamanı D.Tramp Şimali Koreyanın son raket sınaqlarının uğursuz olmasından məmnun olduğunu da gizlətməyərək bildirib ki, "bu yaxşı xəbərdir".
Samvel Babayanın işi böyüyür
Ermənistanda səs-küylü "İqla" işinə görə 3 aydır həbsdə olan Samvel Babayanın həbs müddətinin uzadılması haqda qərar etiraz doğurub. Qərardan apelyasiya şikayəti verilib.














