Dünya
Baş redaktor öldürüldü
Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb. Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb. Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyini düşünürlər. Faktla bağlı cinayət işi başladılıb.
Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda
Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub. Bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib.
3 nazirlik yandırıldı - Braziliya çalxalanır
Braziliyada ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Onlarla şəhərlərdə nümayişlər olub. Ən kütləvi aksiyalar isə Rio-de-Janeyro, San-Paulu və paytaxt Brazilia şəhərlərində baş tutub.
Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb
Bahalı qurğular istehsalçısı - “Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini təqdim edib. 8 ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar təşkil edəcək.
Yarasalarla bağlı heyrətə düşəcəyiniz MƏLUMAT: insan kimi...
Dişi yarasalar “ailə üzvləri”nin ölümünə sarsılarkən bir-birinə yardım edirlər. Panama, ABŞ və Almaniya bioloqları uzun araşdırmalardan sonra bu qərara gəliblər. Ümumiyyətlə, yarasalarda ailə telləri çox möhkəmdir. Xüsusən də dişiləri öz yaxınlarına insan kimi can yandırırlar.
“Microsoft” şirkəti dezoksiribinuklein turşusu əsasında məlumatların saxlanılması üzrə “bulud” sistemi yaradır
İndi əksər nəhəng korporasiyalar yeni məlumat daşıyıcılarının yaradılması sahəsində tədqiqatlar keçirirlər. Amma “Microsoft Research”in tədqiqat qrupu bu istiqamətdə daha irəlidədir. Ötən il istehsalçılar bildirmişdilər ki, informasiyanın saxlanılması üçün dezoksiribinuklein turşusundan istifadə etmək istəyirlər. “MIT Technology Review” nəşrinə inansaq, 3 il sonra istifadəyə veriləcək sistem məlumatları məsafədən dezoksiribinuklein turşusunda saxlamağa imkan verəcək.
“Microsoft” şirkəti yeni “Surface Pro” planşetini təqdim edib
“Microsoft” şirkəti Şanxayda keçirilmiş xüsusi tədbirdə yeni “Surface Pro” planşet kompüterini təqdim edib. İstehsalçı modellərin nömrələnməsindən imtina edib, buna görə yeni qurğu, sadəcə, “Surface Pro” adlanır.
Ən sürətli sensorlu qələm istehsal olunub
“Microsoft” korporasiyası “Surface Pro” istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci nəslini təqdim edib. Ayrıca olaraq sensorlu ekrana malik noutbuklarla iş üçün uyğunlaşdırılan sensorlu qələm nümayiş olunub.
“Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri təqdim olunub
“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun satışa çıxarılması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA” sərgisi çərçivəsində nümayişi nəzərdə tutulur.
Arılar filləri qovdular - VİDEO
Fillər Yer üzündə yaşayan ən böyük canlılardan biri sayılır. Arılar isə təbii, fillərlə müqayisədə çox kiçikdir. Amma bəzən arılar fillərə qalib gəlir.
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb. Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb. Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir.
Beren Saatın əri qəza keçirdi
Populyar aktrisa Beren Saatla evli olan Kənan Doğulu kiçik qəza keçirib. Müğənni dünən "Sosial Media Türkiyə" mükafatlarının təqdim olunma mərasimində iştiak edib. Mərasimdə “Ən yaxşı sənətçi” mükafatını alan Kənan Doğulunun barmaqlarındakı sarğı diqqət çəkib. İfaçı çıxışında kiçik qəza nəticəsində əlinin zədələndiyini bildirib.
Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır
İngiltərəli Lionel Buckett ailəsindən ona miras qalan ərazidə gəzərkən qarşısına bir mağara çıxıb. Kənardan maraqlı görünüşə sahib mağara Lionelin diqqətini çəkib. Mağaranı kəşf etməyə başlayan Lionel buranı özünə ev seçir.
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb - 31 ölü
Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Məlumata görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub. Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib. Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.
Aslanlı Kiprə qaçarkən yaxalandı
Türkiyədə 7 tələbəni Böyük Britaniya universitetlərində oxutmaq adı altında aldadan və minlərlə dollarını ələ keçirən Azərbaycan vətəndaşı Ramiz Aslanlı Şimali Kiprə qaçarkən sərhəddə yaxalanıb.














