Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb

Bahalı qurğular istehsalçısı - “Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini təqdim edib. 8 ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar təşkil edəcək.

Bahalı qurğular istehsalçısı - "Vertu" şirkəti yeni "Signature Cobra Limited Edition" mobil telefon modelini təqdim edib. 8 ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar təşkil edəcək. Qurğu Fransanın "Boucheron" zərgərlik şirkətinin mütəxəssislərinin iştirakı ilə əllə yığılıb. Telefonun korpusu bədəni 439 yaqut daşından, gözləri zümrüddən ibarət ilan şəkilli barelyeflə bəzədilib. Qurğunun interfeysi barədə məlumat verilmir. "ICTnews" Elektron Xəbər Xidməti "CHIP" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31