Dünya
Reys təxirə salındı - "Cihadçının telefonu"na görə
Meksikadan Böyük Britaniyaya uçmalı olan təyyarənin pilotu reysi həyata keçirməkdən imtina edib. Buna səbəb sərnişinlərdən birinin telefonunda təyyarəyə oturduqdan sonra "Cihadçının telefonu" adlı Wi-Fi şəbəkəsi tapması olub.
Yerevanda gizli Qarabağ müzakirəsi: Hərbi Polis İdarəsinin rəisi işdən qovuldu
Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib. Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.
Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb
İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb. Bunu şəhər polisinin rəisi İan Hopkins deyib. O bildirib ki, həmin 8 nəfər hazırda həbsdədir: "Ötən gün saxlanılan daha bir nəfər isə artıq sərbəst buraxılıb".
Terrorçudan polisə şikayət etmişdilər...
İngiltərə mətbuatı Mançesterdəki terror aksiyasının qarşısı alına bilərdi iddiası ilə çıxış edib. Salman Abedin adlı şəxsin terror aksiyası törətməsindən bir neçə ay əvvəl onu tanıyan Mançester sakinləri bu şəxsin təhlükəli olduğu haqqında polisə çoxlu sayda şikayət ərizəsi ilə müraciət etdikləri məlum olub.
Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub
Moskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub. Bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib. Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.
Mançester terrorçusu partlayışa belə hazırlaşıb - VİDEO
Mançester terrorçusunun partlayış törətməyə hazırlaşdığı anın görüntüləri yayılıb. Həmin an təhlükəsizlik kameralarına düşüb. "Sky News"un yaydığı kadrlarda Salman Abadi ticarət mərkəzlərindən birindən bel çantası alır.
4 aylıq uşaq narkoman doğulub - DƏHŞƏT
Türkiyədə dəhşətli hadisə qeydə alınıb. Narkotik istifadəçisi olan cütlüyün dünyaya gətirdiyi uşaq mediada geniş müzakirələrə səbəb olub. Türkiyənin Antalya bölgəsində, narkoman cütlüyün körpələri də narkoman kimi doğulub.
Terrorçular 11 mülkü çəxsi girov götürüb
Filippin hökuməti İŞİD-ə bağlı olan"Maute" terror təşkilatının işğal etdiyi Mindanao adasına qoşun yeridib. Verilən məlumata görə Filippin ordusunun adada genişmiqyaslı antiterror əməliyyatları davam edir. Əməliyyatlara Hərbi Hava Qüvvələri cəlb edilib.
Türkiyə şəhid verdi
Mayın 25 – də səhər saatlarında türkiyənin Aörı vilayətinin Doğubəyazit bölgəsinin Tendürək Dağı adlı yerində PKK – lı terrorçuların açdığı atəş nəticəsində 2 əsgər şəhid olub, 4 əsgər isə ağır yaralanıb. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, PKK – lı terrorçular tırlara atəş açıblar.
Londonda səfirliklər hərbçilər tərəfindən mühafizə olunacaq
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq. Bu qərar bir neçə gün əvvəl Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.
Kaxa Kaladze: "Gürcüstan Azərbaycan qazından asılıdır"
"Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür". Bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze"Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib. Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.
NATO Yaxın Şərq müharibəsinə qoşulur – RƏSMİ
Şimali Atlantika İttifaqı (NATO) Brüssel sammitinin gedişatında ittifaqın İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiyaya birləşməsi haqqında qərar qəbul ediləcək. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Daha əvvəl KİV-in yazdığına görə, Fransa və Almaniya NATO-nun beynəlxalq anti-terror koalisiyasına qoşulması haqqında qərarı dəstəkləyəcək.
Stadionu qana bulayan terrorçunun partlayışa hazırlaşdığı məkan
İki gün öncə İngiltərənin Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı terror olub. Salman Abedi adlı 22 yaşlı liviya əsilli terrorçu üzərinə bağladığı evdə hazılanmış bombanı Mançester Arena ilə qatar stansiyasınına arasındakı ərazidə partladıb.
Azərbaycanlı nazir ifadə verdi, ölkədə kütləvi həbslər başladı
Ukrayna hüquq mühafizə orqanları korrupsiyaya qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın hərbi prokuroru Anatoli Matios söyləyib.
Yanğınlar 144 yaşayış evinə ziyan vurdu
Rusiyada fövqalədə vəziyyət elan edilib. Belə ki, Rusiya Fövqəladə Hallar Xidməti Krasnoyarsk və İrkutsk vilayətlərindəki fövqəladə vəziyyət artıq neçə gündür davam edən meşə yanğınları səbəbindən elan olunub. Bu bölgələrdə fəsadların aradan qaldırılması istiqamətində federal mərkəzin bütün ehtiyat qüvvələri işə cəlb edilib.














