Dünya

Kilsədə BİABIRÇILIQ - Azyaşlılar 60 ildir cinsi təcavüzə uğrayır

19 İyul 2017 14:23

Almaniyanın Regensburger şəhərindəki bir katolik kilsəsində yüzlərlə azyaşlının fiziki istismara və cinsi təcavüzə uğraması ortaya çıxıb.  “Regensburger Domspatzen” adlı uşaq xoru məktəbinin 547 üzvünün 60 ildən çoxdur ki, cinsi təcavüzə uğradığı iddia edilib. Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar nəticəsində Katolik kilsəsinin 49 üzvünün cinayətdə iştirak etdiyi ortaya çıxıb. Hadisələrə müdaxilə etməməkdə günahlandırılanlar arasında 16-cı Papa Bendiktin böyük qardaşı, 30 il boyunca xora rəhbərlik edən Corc Ratzingerin də adı var.

Beren Saatın qayınanası gəlinindən nələr dedi?

19 İyul 2017 13:51

Kənan Doğulunun anası Serpil Doğulu nəhayət ki, aktrisa Beren Saat haqqında danışıb.  Müğənninin anası qızı Canan Doğulu və kürəkəni Emre Özdemirlə Bodrumda istirahət edərkən görüntülənib. Serpil Doğulu müxbirlərin aktrisa ilə münasibətləri haqqında verdiyi suallara ilk dəfə ətraflı cavab verib.

Nobel mükafatçısı qızlara dəstək oldu

19 İyul 2017 13:42

Qızların təhsili mövzusunda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh elçisi olaraq təyin olunan  Malalan Yusufzay Nigeriyanın  Borno əyalətindəki qaçqın düşərgələrində yaşayan qız uşaqlarını ziyarət edib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Yusufzay "Nigeriya, Afrikanın ən zəngin ölkəsi olmasına baxmayaraq dünyadakı hər hansı bir ölkədən daha çox məktəbə getməyən qız uşaqlarına sahibdir" – deyə, qeyd edib.

Suriyada müharibə nəticəsində 330 mindən çox adam ölüb

19 İyul 2017 13:09

Suriyada hərbi toqquşmalar nəticəsində 330 mindən çox adam ölüb. Hüquq müdafiəçilərinin qiymətləndirməsinə əsasən, ölənlər arasında 100 minədək mülki şəxs, o cümlədən 18 mindən çox uşaq və 11,5 min qadın var. Hökumət qüvvələri 117 min hərbçi və könüllü itirib. Silahlı müxalifət, müxtəlif terror qruplaşmaların üzvləri və əcnəbi muzdlular arasında itkilərin sayı 115 min nəfər təşkil edir. 

Fransadan istefa xeberi

19 İyul 2017 13:01

Fransanın Baş Qərargah rəisi Pierre De Villiers prezident Emmanuel Makronla yaşadığı mübahisələrin ardınca vəzifəsindən istefa verib. Baş Qərargahdan verilən yazılı açıqlamada bildirilir ki, Villiers Fransanın və xalqının təhlükəsizliyi mövzusunda artıq kifayət qədər müdafiə bacarığı olmadığını etiraf edib.

Şüşə ilə 24 yaşlı modelin başını yardılar

19 İyul 2017 12:49

Klubda düşən qarışıqlıq zamanı şüşə ilə irlandiyalı modelin başını yarıblar. Katie O'Donoghue adlı model İrlandiyanın paytaxtı Dublindəki "Longitude" festivalı iştirakı zamanı başından zədələnib. O, bildirib ki, hadisədən sonra başına 9 tikiş atılıb. Model ağlayaraq verdiyi açıqlamasında söyləyib ki, sevgilisi ilə getdiyi partidə başından zədə alıb.  "Anidən başımda güclü ağrı hiss etdim. Gözlərimi açanda heçnə görmürdüm. Çünki hər tərəf qan idi".

"FETÖ-nün 14 milyard dollarlıq əmlakı dövlətə keçib"

19 İyul 2017 12:24

Türkiyənin Ədliyyə Nazirliyi FETÖ terror təşkilatı ilə bağlı xüsusi iclas keçirib.  Nazir Bəkir Bozdağın rəhbərliyi ilə keçirilən iclasda təşkilata qarşı mübarizənin maliyyə məsələləri ilə bağlı müzakirələr aparılıb.

Semih Kaplanoğlundan yeni film

19 İyul 2017 12:22

Ssenariri və rejissorluğu Semih Kaplanoğluna məxsus  "Buğda" (Grain) filmindən ilk fragment yayınlanıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İngilis dilində və çəkilişləri 5 il davam edən film avqustun 12 – də 23 cü  Sarayevo Film Festivalında nümayiş olunacaq. "Bal", "Süd" və "Yumurta" trilogiyasının  rejissoru Kaplanoğlunun  "Buğda" filmində baş rolları Jean-Marc Barr, Ermin Bravo, Qriqori Dobrygin və Cristina Flutura oynayır.

Axşam saatlarında evinə gedən qadına küçənin ortasında kabus yaşatdı

19 İyul 2017 12:20

Bursada evinə gedən gənc qadına təcavüz edən şübhəliyə hökm oxunub. Hadisə bu ilin fevral ayında baş verib. Dayanacaqda avtobusdan düşüb evinə gedən S.H.-nin (35) arxasına bir adam düşüb. Bir müddət gənc qadını təqib edən şübhəli sonra onu zorlamaq üçün hücum edib. Qadın müqavimət göstərərəkən, şübhəli onu döyərək qaçıb.

7 nəfər soyuqdan dondu

19 İyul 2017 12:00

Argentidada görünməmiş soyuqlar 7 nəfərin ölümünə səbəb olub. Neuquen və Misiones bölgəsində 2 nəfər donmadan həlak olub. Şaxta qurbanlarının hər ikisinin yaşlı olduğu deyilir. Digər 5 qurban isə donmadan deyil, havanın kəskin soyuq olması ilə əlaqədar istifadə etdikləri sobanın qaz sızmasından həlak olublar.

Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA

19 İyul 2017 11:49

“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”.  Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib. “Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

75 il sonra buzlaqda tapıldılar - ŞOK

19 İyul 2017 11:47

İsveçrə Alplarının Tsanfleuron buzlağında həftə sonu tapılan 2 donmuş cəsədin, 75 il əvvəl itən bir cütlüyə aid olduğu güman edilir. Yan-yana duran donmuş cəsədlərə 2 min 600 metr yüksəklikdə təsadüfən rast gəlinib.

Yoxa çıxan qızın son Facebook statusu polisi hərəkətə keçirdi: otağından məktub tapıldı

19 İyul 2017 11:32

İzmirdə yaşayan Selin Savaş 3 gün əvvəl "Beyin əməliyyatına gedəcəyəm" deyərək getdiyi xəstəxanadan çıxdıqdan sonra yoxa çıxıb.

Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var

19 İyul 2017 11:31

İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib. Hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb. Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

255 yaşlı skripka səhnəyə çıxacaq

19 İyul 2017 10:55

“Yüksələn ulduz” adıyla məşhurlaşan italiyalı musiqiçi Leticia Moreno 12-16 avqust tarixlərində Türkiyənin Bodrum şəhərində keçirilən musiqi festivalında çıxış edəcək. Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq sənətçi 255 yaşlı skripkasında klassik Avropa musiqisindən nümunələr ifa edəcək.