Dünya

Şok kadrlar: ölümdən güclə qurtuldular - VİDEO

19 İyul 2017 17:39

"Onları Tanrı qorudu!" Sosial şəbəkələrdə yayılan video belə adlanır. Görüntülər həqiqətən də qorxulu, ekstremaldır. Dəmiryol relslərini UAZ avtomobilində keçmək istəyən sürücü niyyətinə çatmır. Off-rouder avtomobil relslərin arasında qalır. Sürücünün bütün səylərinə rəğmən o, avtomobili düşdüyü "tələ"dən çıxara bilmir.

"Evimizi ələ keçirməyə gəliblər..." - Bəşər Əsədin oğlu

19 İyul 2017 17:10

Suriya prezindeti Bəşər Əsədin oğlu Hafiz Bəşər Əsəd ölkəsində yaşanan müharibədən danışıb. Braziliyanın "Globo" media agentliyinə danışan yeniyetmə Əsəd Suriyada yaşananlardan dəhşətə gəldiyini deyib.

Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb

19 İyul 2017 17:08

Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib. "AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir", - M.Şefer bildirib.  Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq. XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.

10 yaşlı qız dayısından hamilə qaldı, məhkəmə aborta icazə vermədi - ŞOK

19 İyul 2017 17:03

Hindistan məhkəməsi dayısının cinsi təcavüzü nəticəsində hamilə qalan 10 yaşlı qızın abort etdirməsinə icazə verməyib. Həkimlər azyaşlının həyatının təhlükə altında olduğu üçün abort edilməsinə qarşı çıxıb.

Aparıcının yarıçılpaq fotolarını çəkən iranlı turisti buraxdılar

19 İyul 2017 16:51

Aparıcı Canan Tuğanerin bikinili fotolarını gizli çəkən və buna görə 3 ilə qədər həbsi istənilən 24 yaşlı iranlı turistin məhkəməsi olub. Canan fotolarının çəkildiyini gördüyü üçün mane olmağa çalışmış və qarşıdurmada başından yaralanmışdı.

Erməni hərbçi minaya düşdü - Ayağını itirdi

19 İyul 2017 16:30

Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

ABŞ Suriyada müharibəyə hazırlaşır: gizli baza tapıldı 

19 İyul 2017 16:23

Almaniyanın Bild qəzetinin xəbərinə görə, ABŞ Suriyadakı müharibəyə daha böyük bir həmlə üçün güclü hazırlıqlara başlayıb.  Qəzet peyk görüntülərində ABŞ-ın Suriyanın şimalındakı Kobani yaxınlığında gizli hava qoşunlarının bazasını aşkar edib. Hərbi aerodrom 235 futbol meydanı böyüklüyündədir.

Boşanmaq istəyən arvadının avtomobilinə bomba qoydu - Türkiyədə qəribə olay

19 İyul 2017 16:18

Türkiyədə qəribə hadisə baş verib.  Türkiyənin Zonquldaq şəhərindəki fabriklərin birindəki avtodayanacaqda altına bomba yerləşdirilmiş avtomobil tapılıb. Hadisə yerinə çağırılan bomba mütəxəssisləri bombanı zərərsizləşdiriblər. Araşdırma nəticəsində məlum olub ki, qadının avtomoibilinə bombanı onun əri qoyub. O, ondan boşanmaq istəyən həyat yoldaşını belə qorxutmaq istəyib.

Hökumətinin yeni tərkibi açıqlandı

19 İyul 2017 16:04

Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir müavinləri Bəkir Bozdağ, Meşmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub.

Rusiyalıları sayacaqlar

19 İyul 2017 15:57

Rusiya hökuməti 2020-ci ildə ölkədə siyahıyaalınmanın keçirilməsi barədə qərar qəbul edib. Bundan əvvəlki siyahıyaalınma qonşu ölkədə 2010-cu ildə keçirilib. O vaxt nəticələrin işlənməsinə, formalaşdırılmasına və dərcinə 3 il vaxt tələb olunmuşdu.

Terror aktı barədə yalan məlumat verən şəxs sərxoş olduğunu deyib

19 İyul 2017 15:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Rahib Sahabovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Almaniyada kərə yağı 60% bahalaşıb

19 İyul 2017 15:52

Bu ilin yay aylarında Almaniyada kərə yağı ötən illə müqayisədə 60% bahalaşıb.

Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı: “Harda istəsə görüşək...”

19 İyul 2017 15:42

Amerikalı bloqqer və idmançı, aykido və taekvando ustası Benjamin Uittes Rusiya prezidenti Vladimir Putinin cüdo ustası olduğunu şübhə altına alaraq onu “dünyanın istənilən nöqtəsində görüşüb döyüşməyə” çağırıb.

İran prezidenti ABŞ-a xəbərdarlıq etdi

19 İyul 2017 15:29

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyaların tətbiqindən sonra Vaşinqtonu sərt tənqid edib. O bildirib ki, İran ABŞ-ın razılaşmanı pozmasını bağışlamayacaq.

3 leytinat, 19 zabit həbs olundu

19 İyul 2017 14:40

Türkiyənin Tokat Respublika Baş Prokurorluğu tərəfindən FETÖ terror qruplaşmasına qarşı aparılan istintaq əməliyyatı zamanı  19 zabit və 30 nəfər barəsində həbs qərarı verilib.