Dünya
Silahlı insident
Bu gecə Ukraynanın paytaxtı Kiyevdə ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə “Prospekt” ticarət mərkəzinin qarşısındakı avtomobil dayanacağında qeydə alınıb. Naməlum şəxslər təxminən 40-45 yaşlı kişini avtomat silahdan atəş açaraq qətlə yetiriblər. Cinayətkarlar silahı hadisə yerində qoyub qaçıblar.
Yeni “ağıllı” bilərziklər nümayiş olunub
“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar ürək döyüntüsünü, sürət, məsafə və istiqaməti ölçmək imkanına malik “FitBit” qurğularının tipik rəqibi hesab olunur.
“Google Glass” eynəyi yenidən satışa çıxarılıb
"Google" sahibi "Alphabet" şirkəti "ağıllı" "Google Glass" eynəyinin yeni versiyasını nümayiş etdirib.
“Android” smartfonlar bazarında liderliyini davam etdirir
“IDC” analitik şirkəti 2017-ci ilin birinci rübü üçün smartfonlar bazarının vəziyyətinə həsr edilən yeni hesabat dərc edib. Hesabat dövrünün yekunlarına görə, 2017-ci ildə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 85 faizə çatıb, “iOS” sistemli qurğuların isə 14,7 faizədək azalıb.
Havada zərərli birləşmələri müəyyənləşdirən smartfon yaradılıb
“AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin naməlum qalmasına baxmayaraq insayderlər “MWC 2017” sərgisində nümayiş olunan qurğu haqqında məlumatları bölüşməkdə davam edirlər. Smartfon ikili ön kameraya havada uçan üzvi birləşmələrin (VOC) tərkibini monitorinq və təhlil etməyə imkan verəcək texnologiya ilə təchiz ediləcək.
Çində “WhatsApp”a giriş qadağan olundu
Çində “WhatsApp”la bağlı qərar qəbul olunub. Ölkədə artıq sosial şəbəkə qismən bloklanmağa başlayıb. Belə ki, istifadəçilər bir-birlərinə foto və video yollaya bilmirlər. Məlumata görə, bloklama barədə göstərişi hökumət verib.
B4 vitamini ye, yaxşı yaddaşa sahib ol!
Boston Universitetinin əməkdaşları yaddaşın inkişafı və bəzi ərzaq məhsullarından istifadə arasında asılılığı öyrəniblər. Məlum olub ki, insan xolin və ya B4 vitamini zəngin qida qəbul etdikdə beyinin yaddaşa cavabdeh olan zonaları xeyli fəallaşır.
İnsanlar niyə psixopat olurlar?
Londondakı Kinqz Kollecin Psixiatriya İnstitutunun alimləri bəzi insanların niyə psixopat olmalarının mexanizmini öyrəndiklərini bəyan ediblər. Ruhi xəstələr üçün təcridxanalarda aparılmış araşdırmaya əsasən, bunda günahkar beynin iki yarımkürəsi arasında qeyri-sabit ünsiyyətdir.
Acı yeməklər orqanizmə infeksiya düşməsinin qarşısını alır
Alimlər belə nəticəyə gəliblər ki, acı ədviyyat əlavə olunmuş xörəklər orqanizmə infeksiya düşməsinin qarşısını alır. Bundan əlavə, acı qidaların həvəskarları ürək xəstəliklərindən də daha az əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, hind ədviyyatı olan karri xüsusilə ahıl yaşlarında kəmağıllığın qarşısını alır. Çoxsaylı testlər göstərib ki, acı ədviyyat xəstələnmə riskini 40 faiz aşağı salır.
3 yaşlı qızın rentgen kağızı həkimləri dəhşətə gətirdi - Hindistanda
3 yaşlı qızın rentgen müayinəsi zamanı çəkilən şəkli həkimləri dəhşətə gətirib. Renten kağızında qızın bədəninə batırılan 7 ədəd iynənin olması əks olunub. İynələrin birinin uzunluğu təxminən 4 santimetrdir. Adı açıqlanmayan uşaq Hindistanın Vest Benqal vilayətinin Bankura mahalında doğulub. Qız ötən gün əməliyyat edilib. Həkimlər onu travmadan çıxarmağa çalışırlar. Həkimlərin qızın anasının dediklərinə əsasən söylədiklərinə görə, iynələr 15-20 gündən artıqdır ki qızın bədənindədir.
Ermənistan ordusunda növbəti BİABIRÇILIQ
Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.
9 illik həyat yoldaşından boşanan müğənni: “Bilmədiyiniz çox şey var”
Keçən həftə Selin İmerlə evlənən müğənni Mustafa Ceceli 9 illik həyat yoldaşından ayrılmasına münasibət bildirib.
“Blippar” əlavəsində yeni funksiya istifadəyə verilib
“Blippar” əlavə reallıq proqramında istifadəçinin sifətini onun haqqında informasiya mənbəyinə çevirən “Halos” funksiyası istifadəyə verilib. Yeni funksiya sayəsində istifadəçilər şirkətin serverlərinə özləri haqqında istənilən məlumatı yükləyərək başqalarının yararlanmasına imkan yarada bilərlər.
Madagiz polkunda ermənilər arasında dava: Yaralılar var
Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.
Xristian atadan DƏHŞƏTLİ CİNAYƏT: müsəlman oğlanı sevdiyi üçün qızını öldürdü
İsraildə dəhşətli hadisə baş verib. Xristian dininə sitayiş edən ata müsəlman oğlanla evlənmək istəyən 17 yaşlı qızı Henritteni qətlə yetirib. Sami Karra qızını ailə şərəfinə zərər verməsi ittihamı ilə öldürdüyünü deyib.














