Dünya

Rusiya yüzlərlə T-90 tankını hara göndərir?

20 İyul 2017 11:15

Rusiya dünyanın ən güclü tankı hesab olunan T-90 tanklarının böyük partiyasını İraqa göndərir. İki ölkə arasında T-90 tanklarının böyük partiysının alqı-satqısına dair müqavilə bağlayıb. Məlumatı jurnalistlərə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin açıqlayıb. "Böyük partiya tanklarının satışına dair sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür"-Kojin bildirib. 

Türkiyədən Ukraynada yaranmış yeni dövlət haqqında AÇIQLAMA: “Dəstəkləyəcəyik”

20 İyul 2017 11:13

Türkiyə Xarici İşlər Nazirliyinin spikeri Hüseyn Müftioğlu Ukraynanın şərqində separatçı qüvvələrin yeni dövlət qurması qərarına Türkiyənin mövqeyini açıqlayıb. Spiker məsələ barədə sərt çıxışlar edib və yeni dövlət yaradılmasını Ukrayna torpaqlarının bütövlüyünün pozulması kim qəbul edib.

Şir 10 yaşlı qızı parçaladı

20 İyul 2017 11:12

Zimbabvedə şir 10 yaşlı qızı parçalayıb. 10 yaşlı qız çöldə təbii ehtiyacını ödəyərkən parçalanıb. Hadisənin şahidi olan qızın xalası dəhşətə gəlib. Onun dediyinə görə, şir qızın cəsədini 300 metr sürüyüb. 

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı qandonduran əməl

20 İyul 2017 11:04

Ənənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahlıqla və digər məziyyətlərlə assosiasiya olunur. Amma tarixdə xeyli hal var ki, qadınlar özlərini əsl bədxahlar kimi göstəriblər, öz ərlərini ya qətlə yetiriblər, ya da onlara qarşı xüsusi amansızlıqla yadda qalıblar.

İki ölkə arasında müharibə yenidən alovlandı: ölənlər var

20 İyul 2017 10:47

Hindistan ordusu ilə Pakistan ordusu arasında arasında Kəşmir nəzarət xətti üzərində silahli insident yaşanıb. İnsident nəticəsində 1-i əsgər olmaqla, 3 pakistanlı həlak olub, 7 nəfər yaralanıb. Hindistan ordusu isə 5 əsgərini itirib. Pakistan ordusunun hücumu nəticəsində Hindistanın bir nəzarət mərkəzi məhv edilib.

Türkiyədən Almaniyaya xəbərdarlıq

20 İyul 2017 10:28

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş "G20" sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər. Bu barədə "Welt" qəzeti məlumat yayıb.

Qırğızıstanda ağır yol qəzasında 8 nəfər həlak olub

20 İyul 2017 10:26

Qırğızıstanın "Bişkek-Oş" avtomobil yolunda ağır qəza baş verib. Yük avtomobili iki minik avtomobil ilə toqquşub, qəza nəticəsində 8 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

ABŞ-dan kritik Suriya QƏRARI: dəstək ləğv edilir

20 İyul 2017 10:25

ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən və Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşan müxalifləri tədris və silahla təmin edən proqramı ləğv edəcəyi açıqlanıb.

Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək

20 İyul 2017 10:20

Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək. Bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib. “Müvafiq müqavilə artıq imzalanıb. İrimiqyaslı müqavilədir. Konkret rəqəmləri səsləndirə bilmərəm”, deyə V.Kojin qeyd edib.

Qətərə embarqo qoyan dövlətlər çıxılmaz vəziyyətə düşdü

20 İyul 2017 10:18

İyunun 5-dən etibarən Qətərə embarqo tətbiq edən BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn artıq çıxılmaz vəziyyətdə qalıb.Körfəz ölkələri Doha rəhbərliyinin güclü və sarsılmaz siyasəti qarşısında çətin vəziyyətə düşüb və bu vəziyyətdən çıxmaq üçün təcili həll yolu tapmağa çalışır. Koalisiya ölkələrinin tələb etdikləri 13 maddəlik siyahı Qətər tərəfindən rədd edildikdən sonra, onlar 6 maddəlik növbəti tələb siyahısını hazırlayıblar. Lakin Qətər bu siyahını da qəbul etməyib.

Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu

20 İyul 2017 09:51

ABŞ təyyarələrdə noutbuk daşınmasına qadağanı ləğv edib. Afrika və Yaxın Şərqin 9 ölkəsindən Birləşmiş Ştatlara uçan təyyarələrdə noutbuk daşınmasına qadağa bu ilin mart ayında qoyulmuşdu. Qadağanın tətbiq olunduğu sonuncu aviaşirkət "Saudi Arabian Airlines" olub. Yaxın vaxtlarda amerikalı mütəxəssislər Səudiyyə Ərəbistanına səfər edərək, uçuşların təhlükəsizliyi ilə bağlı Vaşinqtonun tələblərini ölkənin necə yerinə yetirməsini yerindəcə yoxlayacaq.

5,6 bal gücündə zəlzələ

20 İyul 2017 06:51

 Yaponiyanın şimal-şərq bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sakit okeanda,Fukusima prefekturası yaxınlığında, ocağı isə 40 km dərinlikdə yerləşib. Zəlzələ ölkənin 17 prefekturasında hiss olunub.

Azərbaycanlıların yaşayan bölgədə VİRUS TƏHLÜKƏSİ

20 İyul 2017 06:47

Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda “Denqe” virusu qeydə alınıb. Təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb. Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Parlament qarşısında toqquşma

20 İyul 2017 06:44

 Moldovanın paytaxtı Kişinyovda parlament qarşısında seçki sisteminə qarşı etiraz edənlər və polis arasında toqquşma baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.

4 uşaq həlak oldu

20 İyul 2017 06:42

Rusiyanın Kursk vilayətində ağır yol qəzası baş verib. Hadisə vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. “Peugeot” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.