Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək

Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək. Bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib. “Müvafiq müqavilə artıq imzalanıb. İrimiqyaslı müqavilədir. Konkret rəqəmləri səsləndirə bilmərəm”, deyə V.Kojin qeyd edib.

Rusiya İraqa "T-90" tanklarını tədarük edəcək. Bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib. "Müvafiq müqavilə artıq imzalanıb. İrimiqyaslı müqavilədir. Konkret rəqəmləri səsləndirə bilmərəm", deyə V.Kojin qeyd edib.

Rusiyanın Strateji və Texnoloji təhlil mərkəzinin məlumatına əsasən, təxminən 1 milyard dollarlıq müqavilə bir neçə yüz tankın tədarükünü nəzərdə tutur. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31